Azərbaycanın iri bankının xalis mənfəəti kəskin artıb
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” ASC 2019-cu ilin 1-ci yarısını (ilk 6 ayı) 73 milyon 192 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin 1-ci yarısını 41 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Kapital Bank”ın xalis mənfəəti 31 milyon 519 min manat və ya 75,6% artıb.
"Kapital Bank" 2019-cu ilin 1-ci rübündə 47 milyon 626 min manat, 2-ci rübündə isə 25 milyon 566 min manat xalis mənfəət əldə edib.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci yarsında “Kapital Bank”ın 150 milyon 657 min manat təşkil etmiş cəmi faiz gəlirləri 2019-cu ilin 1-ci yarısında 189 milyon 925 min manata yüksəlib (39 milyon 268 min manat və ya 20,7% artıb). Qeyri-faiz gəlirləri isə 70 milyon 575 min manatdan 76 milyon 137 min manata qalxıb ( 5 milyon 562 min manat və ya 7,3% artıb).
Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 44 milyon 830 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 14 milyon 378 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması nəticəsində əməliyyat mənfəəti də artıb və ötən ilin 1-ci yarısında 106 milyon 979 min manat ikən, 2018-ci ilin 1-ci yarısında 137 milyon 430 min manat təşkil edib (30 milyon 452 min manat artım). Qeyd edək ki, "Kapital Bank"ın cəmi xərclərinin artması qeyri-faiz xərclərinin artması ilə bağlıdır.
EHTİYATA AYIRMA AZALIB
“Kapital Bank” cari ilin ilk 6 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 44 milyon 571 min manat ayırıb. Ötən ilin eyni dövründə bu məbləğ 9 milyon 503 min manat çox - 54 milyon 74 min manat təşkil etmişdi.
Həm “Kapital Bank”ın gəlirlərinin artması hesabına əməliyyat mənfəətinin artması, həm də ehtiyatlara ayırmanın (xərc) azalması nəticəsində Bankın xalis mənfəəti artıb.
ÖDƏNİLƏN MƏNFƏƏT VERGİSİ ARTIB
Bu ilin ilk 6 ayında “Kapital Bank” 92 milyon 859 min manat vergilər ödənilənədək mənfəətindən 19 milyon 667 min manat mənfəət vergisi ödəyib. Ötən ilin eyni dövründə Bank 52 milyon 905 min manat vergilər ödənilənədək mənfəətindən 11 milyon 231 min manat mənfəət vergisi ödəmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “Kapital Bank” 3 milyard 663 milyon 211 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 649 milyon 275 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2018-ci ilin sonunda “Kapital Bank”ın cəmi aktivləri 3 milyard 716 milyon 480 min manat, müştərilərə verilən kreditlər 1 milyard 500 milyon 888 min manat təşkil etmişdi. İlin əvvəlindən müştərilərə verilən kreditlər 148 milyon 387 min manat artıb. Aktivlərin azalmasının səbəbi Mərkəzi Bankda müxbir hesabın azalması ilə bağlıdır.
Ötən ilin sonu ilə müqayisədə "Kapital Bank"ın qiymətli kağızlara investisiyaları 2,1 dəfə artaraq 698 milyon 324 min manata yüksəlib.
Ötən ilin sonu ilə müqayisədə Bankda depozitlər 83 milyon 86 min manat azalaraq 2 milyard 865 milyon 173 min manata düşüb. Bankların və digər maliyyə institutların depozitləri isə 28 milyon 94 min manat azalaraq 82 milyon 496 min manata geriləyib. Depozitlərin azalması ilə əlaqədar olaraq "Kapital Bank"ın cəmi öhdəlikləri ötən ilin sonundakı 3 milyard 344 milyon 593 min manatdan 3 milyard 299 milyon 319 min manata düşüb. Qeyd edək ki, müştərilər vəsaitlərini Bankdan çıxartdıqlarına görə, Mərkəzi Bankda müxbir hesab, eyni zamanda cəmi aktivlər azalıb.
30 İyun 2019-cu il tarixində "Kapital Bank" 329 milyon 92 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
10 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























