BOKT rəhbəri: Öhdəliklərimizi 7 dəfə azaltmışıq
“İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) son iki il ərzində xarici valyutada olan öhdəliklərini nəzərəçarpacaq dərəcədə azaldıb və vəziyyətini sabitləşdirib. Bunu açıqlamasında BOKT-un direktoru Cəlal Əliyev deyib.
“Manatın birinci devalvasiyası ərəfəsində öhdəliklərimiz 16,6 mln. dollar, 1 mln. avro və 3,1 mln. manat idi. Hazırda avro ilə borcumuz ümumiyyətlə yoxdur. Cəmi 2,2 mln. dollar və 500 min manat investorlara qaytarmalıyıq. Öhdəliklərimizi ümumilikdə 7 dəfə azaltmışıq”, - deyə C.Əliyev qeyd edib.
Onun sözlərinə görə, 2017-ci ildə də rəhbərlik etdiyi BOKT müştərilərə daha çox güzəşt etməyi, ABŞ dollarında olan kreditləri bacardıqca manata çevirməyi planlaşdırır: “Hazırda əsas hədəfimiz portfelin keyfiyyətini artırmaqdır. Bunun üçün ABŞ dollarında olan kreditlər üzrə hazırda təklif edilən güzəştləri daha da genişləndirməklə borcalanları məzənnə riskindən qorumağa çalışacağıq”.
C.Əliyev onu da bildirib ki, “İnkişaf üçün Maliyyə”nın yaxın vaxtlarda yeni vəsaitlər cəlb etməklə bağlı planı yoxdur. Kreditləşmə BOKT-un öz imkanları hesabına davam etdirilir: “Biz 2015-ci ilin fevralında baş verən devalvasiyadan sonra kiçilmə strategiyasına başlamışıq. Hesab edirik ki, bu strategiyanı uğurla həyata keçirdik. BOKT-un hazırkı ölçüsü həmin vaxt müəyyən etdiyimiz hədəflərə uyğundur və indiki şərait üçün optimaldır. Məqsədimiz bu vəziyyəti qoruyub saxlamaqdır. Hazırda 13,3 mln. manatlıq kredit portfelimiz var. Onun hesabına kredit verməkdə davam edəcəyik. Azərbaycanda iqtisad vəziyyət sabitləşəndən sonra vəsait cəlbi barədə düşünmək olar”.
Onun sözlərinə görə, "İnkişaf üçün Maliyyə"nin uzun müddət əməkdaşlıq etdiyi strateji investorların bəziləri iş birliyini davam etdirməkdə maraqlıdır: “Lakin biz nə öz üzərimizə, nə də müştərilərimiz üzərinə valyuta riski qoymaq istəmədiyimiz üçün gözləmə mövqeyindəyik. Ümid edirik ki, aparılan iqtisadi tədbirlər və islahatlar nəticəsində valyuta risklərindən qorunmaq üçün alətlər formalaşacaq ki, bundan sonra genişlənmə startegiyasını həyata keçirmək olar”.
Xatırladaq ki, “İnkişaf üçün Maliyyə”ni 2002-ci ildə, Böyük Britaniyanın "OXFAM" beynəlxalq humanitar təşkilatı yaradıb.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
2 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
5 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb







.jpg)












