"Müştəri aylıq 318 manat ödəniş edirdi, restrukturizasiyadan sonra 119 manat ödəyəcək" - MÜSAHİBƏ

"Restrukturizasiya prosesi müştərinin kredit yükünü dəfələrlə azaltmaqla yanaşı, kredit tarixçəsini də müsbətə dəyişir"
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq, Unibank artıq müştərilərinin bir hissəsini kreditlərini restrukturizasiya edib. Bu haqda “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov bildirib.
-“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası banklar tərəfindən davam etdirilir. “Unibank”da fərmanın icrası hansı mərhələdədir?
-Bildiyiniz kimi, Unibank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa çatdırdı. Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirildi. Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələ olub. Ona görə də kompensasiya ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin icrasına- fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başladıq. Qısa müddətdə texniki məsələlər həll edildi. Artıq müştərilərimizin bir qisminin kreditləri restrukturizasiya edilib və bu proses davam edir.
-Restrukturizasiya prosesi hansı formada həyata keçirilir?
Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Kompensasiya ödənişində olduğu kimi bu proses zamanı da, biz müştərilərin bankda vaxt itirməməsi üçün onların banka dəvət edilməsini növbəlilik prinsipi ilə aparırıq. Restrukturizasiyanın başlanılması ilə bağlı müştərilərə SMS göndərilir, telefonla zəng edilərək məlumat verilir və banka dəvət edilərək restrukturizasiya müqaviləsi imzalanır. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya zamanı müştərinin iş yerinin olub-olmaması tələbi yoxdur.
-Bu proses müştərinin kredit yükünün dəfələrlə azaldılması ilə yanaşı, kredit tarixçəsinin də yenilənməsinə səbəb olur. Qeyd etdiyiniz kimi, bu müştərilər 360 gündən artıq gecikməsi olan , kredit tarixçəsi pozulmuş müştərilərdir.
-Restrukturizasiya prosesi nəinki müştərinin kredit yükünü azaldır, həm də kredit tarixçəsini müsbətə dəyişir. Bir müştərimizin nümunəsində bu prosesin verdiyi üstünlükləri göstərək. Bu günlərdə region filiallarımızın problemli krediti restrukturizasiya edilən Həsənova soyadlı müştərimizin 2 aktiv krediti var idi. Onlardan biri restruktrizasiya proqramına düşüb. Fərman verilən tarixədək müştəri aylıq 318 AZN ödəniş edirdi. Restruktrizasiya proqramına düşdüyündən, müştərinin 2137 manat faiz və cərimə borcu fərmana əsasən bağışlandı. Yəni müştəri yeni kredit müqaviləsinə imza atanda, 2137 manat borcu artıq silinmiş oldu. Müştərinin qalan əsas borcu 5589 manat 60 aya cəmi 1%-lə yeni kredit müqaviləsi əsasında rəsmiləşdirildi. Fərmanda da nəzərdə tutulduğu kimi, ilk 1 ili güzəşt müddəti olduğu üçün müştəri yalnız faiz məbləğini ödəyəcək. Bu isə aya 5 manatdan da az vəsait edir. 13-cü aydan başlayarq isə hər ay 119 manat kredit ödəyəcək ki, bura həm əsas borc, həm də faiz borcu daxildir. Əgər müştəri kreditini 60 ay ərzində bağlamaq istəsə, onun 5 il ərzində cəmi ödəyəcəyi faiz məbləği 170 manatı ötmür. Həm aylıq ödəniş, həm də hesablanan faiz dərəcəsi müştəri üçün çox sərfəlidir. Restrukturizasiya təkcə bu müştərinin aylıq ödəniş məbləğini 3 dəfəyə yaxın azaldıb. Fərmana əsasən, krediti restrukturizasiya olunan hər bir müştəri istər ümumi borclarının, istərsə də aylıq ödənişlərinin dəfələrlə azaldılmasında bu prosesin əhəmiyyətini görəcək.
Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edəcəyik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
7 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
7 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
7 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
