Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Deutsche Bank qiymətli kağızlar bazarından çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deutsche Bank qiymətli kağızlar bazarından çıxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Döyçe Bank (Deutsche Bank) tərəfindən Bazar günü verilən açıqlamada, Almaniya bankının səhmlər işindən çıxacağı və ilin ikinci rübündə 2.8 milyard avro (3.1 milyard dollar) xalis zərər edəcəyi qeyd olunub.
 

"Marja" xəbər verir ki, ötən həftənin əvvəlində geniş miqyaslı yenidənqurma planı ilə 20 min adamı işdən çıxarılacağı bildirilmişdi. Bankının İcraçı direktoru Christina Sewing, Döyçenin investisiya bankçılığı departamentini kiçiltməyi və gəlirliliyi artırmağı hədəfləyir.
 

Bankın 7.4 milyard avroluq cəriməni 2022-ci ilə qədər ödəyəcəyi bildirilən açıqlamada, 2019 və 2020-də dividend ödəməsi edilməyəcəyi qeyd edilib.
 

Sewingin açıqlamasında "Bu gün Döyçe Bankın on illərdən bu yana görülən ən əsas dəyişikliyini açıqladıq. Real potensialımızı ortaya çıxarmaq üçün lazım olanı etməyə çalışırıq", - ifadəsi yer alıb.
 

Döyçe Bank yüksək xərc və aşağı gəlir problemi ilə qarşı-qarşıyadır.
 

Sewing-in, bankın Commerzbank AG ilə birləşmə danışıqlarının nəticə verməməsinin ardından Bazar günü idarə heyəti tərəfindən təsdiq olunan yeni planına görə 2022-ci il üçün işçi sayı 74 min olaraq hədəflənir.

08.07.2019 04:15

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
AzVak-da yeni vakansiyalar
AzVak-da yeni vakansiyalar
09.10.2025 17:14
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18