Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!
(®) 28 iyun 2019-cu il tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gilan Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar “ASAN Akademiya 2019” layihəsində təlimçi qismində göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” ilə təltif olunub. Həmişə gənclərin təhsil və şəxsi inkişafına dəstək olan Hesab.az onlayn ödəniş portalı dəfələrlə faydalı ödənişsiz təlim, seminarların təşkil olunmasında iştirak etmiş, sosial tədbirlərə dəstək olmuşdur.
Qeyd edək ki, Tuğba xanım ASAN Xidmət könüllüləri üçün "Marketinq planı necə hazırlanmalı?" mövzusunda seminarında təlimçi qismində çıxış etmişdir.
Eyni zamanda tədbirdə öncə Karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim olunub. GoldenPay şirkəti – Hesab.az onlayn ödəniş portalı olaraq Karyera sərgisində iştirak edib.
Məlumat üçün qeyd edək ki, “ASAN Akademiya 2019” layihəsi müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalar təşkil edilib.
Bağlanış mərasimində mükafatlandırma mərasimi keçirilib və xatirə şəkili də çəkdirilib.
Həmçinin günün sonunda “ASAN Akademiya” layihəsinin 5 illiyi münasibəti ilə iştirakçılar üçün Məzun gecəsi təşkil olunub.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























