Trampın, S-400 aldığına görə Türkiyəyə sanksiya tətbiq etməyi düşündüyü bildirilir
"Bloomberg News"in məsələyə yaxın mənbələrə istinadən yaydığı xəbərinə görə, Trampın rəhbərlik etdiyi hökumət Türkiyəni Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri aldığına görə cəzalandırmaq üçün 3 sanksiya paketi üzərində düşünür.
"Marja" xəbər veri ki, xəbərdə, Türkiyənin S-400 idxalına davam etməsi vəziyyətində F-35 satışının dayandırılmasına əlavə olaraq digər variantlar tətbiq olunacağı yer alıb
Ən çox dəstək görən variantın, Türkiyənin müdafiə sənayesindəki bəzi şirkətlərin "ABŞ-ın Düşmənlərilə Sanksiyalar Yolu İlə Mübarizə Etmək Qanunu" olaraq tanınan və Rusiya ilə əməkdaşlıq edən qurumları hədəfə alan CAATSA çərçivəsində hədəf alınması olduğu bildirilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Sanksiyalar bu şirkətlərin ABŞ-ın maliyyə sisteminə daxilolmasını kəsərək ABŞ-dan ehtiyat hissələri alışı və ABŞ-a da satış etmələrini tamamilə mümkünsüz edir.
Prezident Ərdoğan Bazar ertəsi günü etdiyi açıqlamada, "Rusiya ilə S-400 məsələsini də danışdıq. Onsuz da S-400 məsələsi bitmiş vəziyyətdədir. Hər hansı bir mənfi vəziyyət söz mövzusu deyil. Elə zənn edirəm ki İyul ayının ilk yarısında artıq onlar da gəlməyə başlayacaq. S-400-də güzəştə getməyəcəyik, bura qəsəbə dövləti deyil" demişdi.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə keçən həftə S-400 məsələsinə dair verdiyi açıqlamada, "ABŞ bizə qarşı mənfi addımlar atarsa, bizim də atacağımız addımlar var. "Amerika qərarlarını verəcək, biz də səssiz-səmirsiz oturaq" anlayışı yoxdur artıq. Bizə qarşı mənfi bir davranış olsa, biz də cavabını verəcəyik" demişdi.
Sanksiya xəbərinin ardından Dollar/TL məzənnəsi 1.5 faiz yüksələrək 5.9171 səviyyəsinə qədər çıxandan sonra 5.88 səviyyələrinə geriləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























