"Yeni bir maliyyə böhranı ola bilər"

ABŞ-lı məşhur iqtisadçı Nouriel Roubini, 2020-ci ildə durğunluq riskinin artdığına diqqət çəkib
Nyu York Universiteti iqtisadiyyat professoru Nouriel Roubini, yazdığı bir məqalədə durğunluq riski barədə xəbərdarlıq edib.
Roubini keçən il 10 potensial risk barədə xəbərdarlıq etmiş və bunların qlobal durğunluğa səbəb ola biləcəyini qeyd etmişdi. Roubini, artıq bu siyahıda Fed riski yer almasa da digər 9 riskin hələ də davam etdiyini və daha təhlükəli hala gəldiyini bildirib.
Roubini inkişaf etmiş iqtisadiyyatların yeni bir çətin dövr və maliyyə böhranı qarşısında kafi pul və maliyyə siyasətləri olmadığını dilə gətirib.
Roubini risklərin çoxunun ABŞ ilə əlaqəli olduğunu qeyd edərək Çin ilə davam edən ticarət müharibələrinin, xarici birbaşa sərmayə və texnologiya transferlərinin qlobal tədarük zəncirinə əhəmiyyətli təsirlər edə biləcəyini və staqflyasiya təhdidini artırdığını vurğulayıb.
Roubini ABŞ-da iqtisadi inkişafda yavaşlama riskinin də daha diqqətə çarpan hala gəldiyini ifadə edib. İqtisadçı ABŞ, Çin və bəzi inkişaf edən ölkələrin borclarının narahatlıq mənbəyi olduğunu, Avropada iqtisadi, siyasi, maliyyə və siyasi risklərinin olduğunun vurğulayıb.
Roubini, "Tramp xarici siyasətdə, məsələn, İran ilə bir xarici böhran yarada bilər. Bu da neft şokunu yarada bilər" ifadəsini istifadə edib.
FED ARTIQ TƏHDİD DEYİL
Roubini Fed mövzusunda isə bunları qeyd edib; "Böhranı başlada biləcək 10-cu faktor olaraq Fed-in faiz artırmasını görürdük. Bir neçə dəfə faiz artırdıqdan sonra Fed Yanvardan bəri gözləmə mövqeyindədir. İrəliyə baxınca, Fed və əksər böyük mərkəzi bankın qlobal iqtisadiyyatda müxtəlif şoklara qarşı faiz endirməsi daha ola biləcəkdir"
2020-də qlobal durğunluğu başladacaq risklər arasında ABŞ-Çin ticarət və texnologiya müharibəsini göstərən Roubini, burada təzyiqin hər an arta biləcəyinə və bu vəziyyətdə dünyanın qlobal böhranın astanasına gələ biləcəyini qeyd edib. "Hazırkı proseslər də biznes,istehlakçı etibarı, sərmayəçi etibarını zədələyir və gərginliyin daha çox artması dünyanı durğunluğa itəliyə bilər. Özəl və cəmiyyət borcların məbləğinə baxılsa, yeni bir maliyyə böhranı ola bilər" ifadəsini istifadə edib.
ABŞ ilə Çinin ticarət mövzusunda razılaşacağı ehtimalından getdikcə uzaqlaşdığını ifadə edən iqtisadçı "Onsuz da/ həssas olan qlobal iqtisadiyyatda durğunluq və böhran riski artır" şərhini edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
18 d. əvvəl
Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı
-
26 d. əvvəl
"Ödəniş bazarı iştirakçılarının builki dövriyyəsi 40 milyard manata yaxınlaşıb"
- 32 d. əvvəl
-
34 d. əvvəl
"Əsas məqsədimiz lisenziyalı təşkilatların inkişafını təmin etməkdir"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı

"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

Almaniya Temu platforması ilə bağlı araşdırmaya başlayıb
Ən çox oxunanlar

Unibank beynəlxalq konfransın dəstəkçisi olub

“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib

WhatsApp iPhone üçün mesaj tərcümə funksiyasını istifadəyə verdi

Qəzzada atəşkəs razılaşması — Tramp Türkiyəyə təşəkkür edib

Azərbaycan neftinin son qiyməti

Banka Reklam və Korporativ Əlaqələr üzrə Menecer tələb olunur

Hər tərzə uyğun yatırım hesabı
