“Mətanət A” şirkətində daha bir humanitar aksiya
(®) Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan “Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır. Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.
Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub.
Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu “Mətanət A” şirkətində ilk qanvermə aksiyası deyil. Bu kimi tədbirlər şirkətdə davamlı olaraq keçirilir. Şirkət Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman sosial-humanitar layihələrin tərkib hissəsi olmaqla öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcək.
2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
10 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
26 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 32 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)







.jpg)










