Gədəbəy yatağında qızıl və gümüş hasilatının həcmi açıqlandı
2016-cı ildə Gədəbəy qızıl-filiz yatağında 2102 kq qızıl, 5309 kq gümüş, 1941 kq mis istehsal olunub. Bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
2016-cı ildə Gədəbəy Kontrakt Sahəsində qiymətli metalla zəngin yeni "Qədir" və "Uğur" sahələri aşkar edilib, "Qədir" sahəsinin yeraltı üsulla istismarına başlanılıb, "Uğur" sahəsi isə istismara hazırlanır.
"AzerGold" QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin plan və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb. Bu strategiyanın tərkib hissəsi kimi 2017-ci il üçün Çovdar qızıl mədənində qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286 kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.
“Sonrakı illərdə QSC digər filiz mədənlərinin (Balakən rayonunun Kohnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.
© Trend
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















