“DəmirBank” işçi axtarır
“DəmirBank” korporativ müştərilər üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.
Vəzifə öhdəlikləri:
- Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
- Bankın korporativ məhsullarını və kredit məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştərilər qarşısında təmsil etmək;
- Mövcud bazaları təhlil edərək və əlaqə yaradaraq bütün növ korporativ məhsulların (hesablaşma kassa əməliyyatları, inkassasiya, əmək haqqı kartları, korporativ kart, depozitlər, qarantiya və akkreditivlər, kredit, kredit xətti, lizinq və s) satışını təmin etmək;
- Cəlb edilən müştərilərin biznesini təhlil edib onlara ehtiyac duyulan məhsullar haqqında təklif paketi hazırlamaq;
- Cəlb etdiyi korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair sahələrə və müştəri seqmentinə uyğun spesifik satış texnikaları formalaşdırılması istiqamətində təkliflər vermək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi olmalı (bank təcrübəsi olanlara üstünlük verilir);
- Stres altında işləmə qabiliyyəti olmalı;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
- Yüksək satış qabiliyyətinə malik olmalı, biznes sferasını yaxından tanımalı,
- Bakı və rayon filiallarına ezam olunma imkanı olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ müştərilər üzrə Məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur.
Elanın bitmə tarixi mart ayının 16-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





