Dünya avtoparkında yeni tendensiya və nomenklaturalar
Avtomobillər zamanın tələbi olan təkamül prosesinə uyğunlaşırlar. Ənənəvi enerji resurslarının hər gün daha da məhdud olması elmi-texniki tərəqqini sanki stimullaşdırır. Heç təsadüfi deyildir ki, bir çox mütəxəsislər son 10 ildə elmi-texniki tərəqqinin nəticələrini ötən əsrin nəticələri ilə eyni çəkidə dəyərləndirirlər. Avtomobil sənayesi də bu proseslərdən geridə qalmamağa çalışır. Tərəqqipərvər cəmiyyətlərin ekologiya və ətraf mühitə həssas yanaşması, onun qorunması üçün bir sıra administrativ addımlar, qanunlar və konvensiyalar bu proseslərin sürətlənməsində ciddi rola sahibdir.

Ötən əsrin sonlarında elmi-fantastika kimi qəbul olunan alternativ yanacaqla çalışan avtomobillər bu gün həyatımızın reallığına çevrilmişdir. Dünyada ECO seriasından olan avtomobillərin istifadəsi sürətli şəkildə artmaqdadır. Aşağıdakı qrafikdən də göründüyü kimi artım sürəti kifayət qədər sevindirici və təqdirə layiqdir. Tendensiyanın bu istiqamətdə hərəkəti və intensivliyi avtomobil sənayesinin dünya sakinlərinə daha təmiz və sağlam dünya vəd etdiyini deməyə əsas verir. Nüfuzlu Boomberg agentliyi və Forbes jurnalının birlikdə yayınladığı “Electric Vehicle Outlook” hesabatında 2040-cı ilə qədər dünya avtoparkının 33%-nin və yeni avtomovillərin satışının isə 54%-nin EV-lərin təşkil edəcəyini deyir. 2030-cu ildən etibarən isə böyümə daha intensiv xarakter dayıyacaq. Bu isə əsas ehtiyyat hissələrinin qiymətinin ucuzlaşması ilə əlaqələndirilir.


Ənənəvi daxili yanma mühərriklərinin çox da uzaq olamayan zamanda klassikaya çevriləcəyi heç kəsdə şühbə doğurmur. Təbii ki, bu proseslərin sürətlənməsi hər bir ölkə üçün fərqli mərhələləri əhatə edəcək. İnfrastruktur, insanların konservativliyi və qanunların təşviqat günü ölkədən ölkəyə müxtəlif olduğu kimi yuxarıda adı çəkilən prosesin sürəti də ölkədən ölkəyə fərqli olacaqdır.
Lakin hal hazırda EV sürücüləri öz avtomobillərinin bir sıra xüsusiyətləri isə qürur duymaqdadırlar:
1.EV avtomobilləri daxili yanma mühərrikləri ilə müqaisədə 3 dəfəyə qədər (59%-62%) daha effektivdirlər. Meyar olaraq yanacaq sərfiyatı və ya enerji sərfiyyatının qət edilənməsafəyə nəzərən tələb olunan xərc götürülmüşdür.
2.EV-lər daxili yanma mühərriklərinə nisbətən daha az hərəkətli hissələriə sahibdirlər və bu isə öz növbəsində dövrü təmir xərclərinin minimum olması deməkdir.
3.EV-lər üçün elektrik enerjisi daha ucuz texnologiyaların vasitəsilə, ən vacibi isə ekoilogiyaya zərər vermədən əldə edilə bilir.
Bunlardan əlavə EV avtomobillərinin ən bahalı hissəsi olan batareyaları ucuzlaşma tendensiyasında davam etməkdədir. Qrafikdən də göründüyü kimi 2010-cu ildə 1000$ qiyməti olan batareya 2030-cu ildə 73$ olacaqdır. Bu gün istifadə etdiyimiz mobil telefondan da ucuz olacağı deməkdir.

Bu gün bu tendensiya 3 istiqamətdə şaxələnməkdədir. Bu istiqamərlər Tam elektrik, Hibrid və hibrid Plug in istiqamətləridir. Əvvəlcə bəzi nomenklaturalarla tanış olmaq zamanıdır:
1.HEV – Hibrid electric vehicle - hibrid elektrik avtomobilləri
2.PHEV – Plug in Hybrid electric vehicle – Plug in hybrid elektrik avtomobilləri
3.EV – Electric veicles – Tam elektrik avtomobilləri
4.FCEV - Fuel cell electric vehicle – hidrogen yanacağı ilə çalışan avtomobillər
Bu nomenklaturalar bir çoxları üçün yeni olsa da avtomobil həvəskarları üçün kifayət qədər tanış terminlərdir. Bir çox mütəxəssilərin fikrincə HEV, yəni hibrid avtomobillər həm elektriklə çalışan və həm də karbohidrogen yanacağı ilə çalışan avtomobillərin ən yaxşı xüsusiyyətlərinin məcmusudur. Bu avotmobillər cari infarastruktun imkanlarından faydalanmaq üçün daxili yanma mühərriki texnlogyasında istifadə etməkdə davam edirlər. Daha sonra isə ənənəvi mühərrik daha məhsuldar eletrik mühərriki ilə əvəz olunur. Nəticə etibari ilə yanacaq sərfiyyatı və ətraf mühitə təsiri az olan avtomobil əldə edilmiş olur. Bu isə öz növbəsində elektrik enerjisi ilə doldurma stansiyalarının qurulmasına ehtyyacı minimallaşdırır. Aşağı sürətdə hibrid avtomobilləri elektrik mühərikinin, yuxarı sürətlərdə isə daxili yanma mühərikinin istifadəsinə imkanı yaradır.
Nəzərə alsaq dünya əhalisnin yarıdan çoxu şəhərlərdə yaşayır və nəqliyyat sistemi hər gün daha da mürəkkəbləşir, bunun hansı səviyyədə qənaət olduğunu təsəvvür etmək çətin deyil. Bir çox avtombil istehsalçıları isə hər iki mühərrikin eyni anda istifadə edilməsini mümkün edən həllər tətbiq edirlər.
Mövzunu daha da sadələşdirmək istərdik;
HEV (Hibrid) avtomobilər adətən kiçik batareya ilə təchiz olunurlar və onların elektrik enerjisi ehtiyyatı regerativ tormozlama zamanı və ani sürətlənmə zamanı toplana bilir. Başqa cürə desək, avotomobilin idarə edilməsi zamanı yaratdığı imluslar və onun ginetik enerjisi regenerasiya nəticəsində onun akumlyatorlarını elektrik enerjisi ilə təchiz edir. HEV avtomobillər üçün xarakterik xüsusiyyətlərindən ən vacibi, yanlız olaraq çəndə karbohidrogenyanacağının olması sayəsində elektrik mühərrikinin işləyə bilməsidir. Əksinin olması isə texniki olaraq mümkün deyildir.
PHEV (Plug in ) avtomobillərinin isə batareyaları HEV avtomobillərinkindən böyük olması daha uzun məsafə qət etməyə imkan verir. Bu ehtiyyat daşları həm regerativ tormozlama vasitəsilə və həm də bir başa qida mənbəyinə qoçulma vasitəsilə elektrik enerjisi ilə təchiz oluna bilir.
Bu prosesin geniş tətbiqini Hyundai şirkəti həyata keçirir. Şirkətin istehsal etdiyi İONİQ məhsul xətti məhz bu istiqamətə yönəlmişdir. Hyundai şirkəti yuxarıda göstərilən tendensiyaları nəzərə alaraq daha uzun müddətli strateji hədəf kimi məhz ECO seriyasını genişləndirməkdədir. Lakin müasir reallıqlar və local vəziyətləri nəzərə alaraq İONİQ Electric modelindən əlavə İONİQ Hybrid və İONİQ Plug in modellərini artıq dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda avtomobil həvəskarlarının diqqətinə qədim etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















