Məşğulluq hesabatında diqqətlər "maaş artımları" üzərində olacaq
Sədr Janet Yelen, o cümlədən Fed rəsmiləri, Federal Açıq Bazar Komirtesinin (FOMC) Mart ayı toplantısında birmənalı şəkildə böyük bir ehtimalla faiz artıracağının siqnalını vermişdi.
Yellen, ötən həftə Çikaqoda etdiyi çıxışında iqtisadiyyatın yolunda getməsi vəziyyətində Mart ayında faizin artırılmasının məqsədəuyğun olacağını dilə gətirmişdi.
Fed rəsmilərinin ABŞ-da məşğulluq və inflyasiya göstəricilərini qiymətləndirirlər.
İnvestorların diqqətləri bu gün açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq artımı göstəricisinə yönəlib.
İqtisadçıların kənd təsərrüfatı xaric məşğulluq göstəricisinə dair proqnozuna görə, Fevral ayı göstəricində 190 min səviyyəsində artım olması gözlənilir. Sözügedən gözlənti 6 və 12 aylıq hesablamalardan bir qədər yüksəkdir. Bununla birlikdə qlobal maliyyə böhranından bu yana, göstərici, ötən yeddi ilin altısında proqnozları aşaraq, Fevral aylarında gözləntiləri keçmə meyli göstərir.
İşsizlik nisbətinə dair gözləntilərə baxdıqda isə proqnoz 4.7 faiz səviyyəsindədir. İşsizlik göstəricisi Yanvar ayında 4.8 faiz səviyyəsində baş vermişdi. Bununla yanaşı, əmək bazarının getdikcə artan möhkəmliyi və qiymətlərdəki yuxarı istiqamətli təzyiq (tam məşğulluğa çatan iqtisadiyyatın təsiri ilə inflyasiya yüksəlir) diqqətləri maaş artımlarına yönəldir.
İnvestor diqqətləri, əmək bazarı və maaş artımlarının iqtisadiyyat üzərində təzyiq yaradıb-yaratmadığına dair məlumatları təmin edə biləcək orta saatlıq maaş üzərində olacaq. Bloomberg-in sorğusuna görə orta saatlıq maaşlar Fevral ayında aylıq əsasda 0.3 faiz artım qeyd etməsi gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















