“MƏTANƏT A” yeni vakansiyalarını təqdim etdi
® Əməkdaşlarının sıralarını daim gənc və perspektivli kadrlarla zənginləşdirməkdə maraqlı olan “Mətanət A” şirkəti Dövlət Dillər Universitetində keçirilən tələbə və məzunlar üçün növbəti karyera sərgisində iştirak edib.
Şirkət sərgidə müxtəlif xarakterli 10-a yaxın vakansiya təqdim edib.
Tələbə və məzunlar Azərbaycanın əmək bazarında yüksək səviyyəli iş şəraiti və adekvat əmək haqları təklif edən biznes strukturu kimi tanınan “Mətanət A” ailəsinə üzv olmanın üstünlükləri ilə tanış olub, iş təklifləri ilə yaxından maraqlanıblar. Şirkətin mütəxəssisləri sərgi iştirakçılarına vakansiyalarla bağlı ətraflı məlumat veriblər. “Mətanət A” şirkətində işləmək arzusunda olan gənclər elə sərginin gedişi sırasında işə qəbulla bağlı doldurduqları anket və CV-lərini “Mətanət A” şirkətinin İnsan Resursları Departamentinin nümayəndələrinə təqdim ediblər.
Qeyd edək ki, «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl biznes strukturlarından birinə çevirib. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Karyeranızı dinamik inkişaf edən innovativ bir şirkətdə - “Mətanət A” da qurun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























