ABŞ Türkiyə üçün gömrük vergisini 25 faizə endirdi
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinin 25%-ə endirildiyini açıqlayıb.
"Marja" xəbər verir ki, daha əvvəl Türkiyədən idxal edilən polad məhsullarına tətbiq olunan 25%-lik gömrük vergisinin niyə 50%-qaldırıldığını izah edən Tramp, əvvəlki illə müqayisədə Türkiyədən idxal edilən polad məhsullarının 48% azaldığını bildirib.
Cəmi polad idxalında 12%-lik bir azalma olduğunu qeyd edən Tramp, bu səbəbdən artıq söz mövzusu verginin yenidən 25% səviyyəsinə endirildiyini bildirib.
ABŞ rəhbərliyi, 10 Avqustda etdiyi açıqlamada, Türkiyədən polad idxalına tətbiq olunan vergini 50%-ə, alüminium idxalına tətbiq olunan vergini də 20%-ə qaldırıldığını bildirmişdi. Türkiyə isə söz mövzusu qərarın Dünya Ticarət Təşkilatının (DTT) qaydalarına zidd olduğunu bildirərək, ABŞ-ı Dünya Ticarət Təşkilatına şikayət etmişdi.
Buna qarşı Türkiyə Ümumiləşdirilmiş Seçimlər Sistemindən (GTS) çıxarılıb.
GTS, aralarında avtomobilin də olduğu bəzi məhsulların ABŞ-a gömrüksüz girişinə imkan verirdi. Türkiyə GTS sistemində qalmaq üçün müraciət etmişdi.
Türkiyə, 2017-ci ildə gömrüksüz ixracat daxilində ABŞ-a 1.7 milyard dollar ixracat etmişdi. O il gömrüksüz ixracat Türkiyənin ABŞ-a cəmi satışının 17.7%-ini təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş





























