"Uber" səhmləri 45 dollardan satışa çıxarılır
ABŞ-ın "Uber" şirkəti, səhmlərini 45 dollardan birjada satışa çıxarır.
"Uber" bu gün reallaşacaq səhmlərinin ilkin kütləvi təklifindən 8,1 milyard dollar gözləyir.
"Uber", bu gün Nyu-York Birjasında səhmlərinin ilk kütləvi təklifini (İPO) edəcək. Hesabatlara görə, "Uber"in səhm satışı ilə 8,1 milyard dollar əldə etməsi hədəflənir.
"Marja" xəbər verir ki, "Uber"in dəyəri 82,4 milyard dollar müəyyən olunub. "Uber" biri 45 dollardan 180 milyon ədəd səhm satacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Uber"in ən güclü rəqibi olan "Lyft" Mart ayında səhmlərinin ilkin kütləvi təklifini həyata keçirib. "Uber"in rəqibi "Lyft" səhmini birjada 72 dollardan satıb, ancaq o zamandan bəri səhmin qiyməti 30% ucuzlaşıb.
"Uber", 2009-cu ildə Travis Kalanick və Garrett Camp tərəfindən qurulub. "Uber"ə ən yüksək 120 milyard dollar bazar dəyəri qoyulmuşdu.
2019-cu ilin ilk üç ayında "Uber"ə qoşulmuş sürücülər 1,5 milyon səfər etdilər, buna baxmayaraq şirkət 1 milyard dollar xalis zərər açıqlayıb.
İPO (İnitial Public Offering), özəl bir şirkətin səhmlərini ilk dəfə investorlara təklif edərək sərmayəsini artırmasına verilən addır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























