ABŞ ilə İran arasında müharibə ehtimalı sualına Trampdan cavab
Tramp yeni bir nüvə müqaviləsi üçün İranlı liderlərlə danışmağa açıq olduğunu bildirib.
İranın son dövrdəki addımlarını "hədələyici" şəklində səciyyələndirən ABŞ Prezidenti Donald Tramp, bir tərəfdən üstüörtülü olaraq Tehranı təhdid edib, digər tərəfdən yeni bir nüvə müqaviləsi üçün İranlı liderlərlə danışmağa açıq olduğunu deyib.
Ağ Evdə keçirilən bir tədbirdə danışan ABŞ Prezidenti Donald Tramp, ABŞ-İran gərginliyinə dair sualları cavablandırıb.
"Marja" xəbər verir ki, İranın ABŞ üçün bir təhdid olduğunu qeyd edən Tramp, "İran çox hədələyici davranırdı. Bilmək istəməyəcəyiniz şeyləri bilirik. Buna görə ölkəmizi qoruyacaq tədbirləri görməyimiz lazımdır",- deyib.
HƏRBİ QARŞIDURMA EHTİMALI
ABŞ ilə İran arasında hərbi bir qarşıdurma ehtimalının olub-olmadığı barədə suala, "Bunu hər zaman deyə bilərsiniz. Buna "yox" demək istəmirəm, amma ümid edirəm ki, elə bir şey olmayacaq",- şəkilində cavab verən Tramp, İranlı liderlərin onu axtarmasını istədiyini, ancaq keçmiş xarici işlər naziri Con Kerrinin iranlılara "Tramp ilə danışmaması lazım olduğunu" söylədiyini bildirib.
Rəsmi bir vəzifədə olmadığı halda Kerrinin sözügedən cəhdinin qanunların pozulması mənasına gəldiyini qeyd edən Tramp, Kerrinin buna görə mühakimə olunması lazım olduğunu bildirib.
"MƏNİ AXTARSINLAR"
ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxdıqdan sonra İran iqtisadiyyatının olduqca pisləşdiyini qeyd edən Tramp, "Etmələri lazım olan şey budur: Məni axtarsınlar, oturub danışaq və ədalətli bir anlaşma edək. Nüvə silahına malik olmasını istəmirik; İstədiyimiz çox bir şey deyil. Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər. İrana zərər vermək istəmirik",- ifadəsini istifadə edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İranın ABŞ-ın qəbul edəcəyi bir müqaviləyə imza atması halında bu ölkəyə iqtisadi olaraq kömək etməyə hazır olduqlarını dilə gətirən Tramp, bənzər vəziyyətdəki Şimali Koreya nümunə göstərib və iki ölkənin də böyük potensialının olduğunu söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
5 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
5 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
6 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)







.jpg)







