Çin səfiri: "Azərbaycan investisiya baxımından cazibədar ölkədir"
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Çin, o cümlədən Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy İnternational Media Group ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.
Səfir Çinin Xəzəryani ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərilən səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq",- deyə o vurğulayıb. Vey Cinhua eyni zamanda qeyd edib ki, "şirkətlərimiz arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil. Çin və Azərbaycan biznesmenləri qarşı tərəf barədə az məlumat alırlar”. Bununla əlaqədar Səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryani dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib ki, bu da öz növbəsində əməkdaşlığı genişləndirməyə və daha çox birgə layihələr həyata keçirməyə imkan verəcək. “Çinin CNPC şirkəti sizin yerli şirkətlərinizlə sıx əməkdaşlıq qurub. Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hal-hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət Azərbaycandakı SOCAR kimi patnyorları ilə uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”, - deyə Səfir vurğulayıb.
“Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə o, çıxışına davam edib.
Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə “Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir", - deyə Səfir vurğulayıb.
Görüşün sonunda Səfir Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişafı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının, həmçinin ticari-iqtisadi sahədə işgüzar əməkdaşlığın inkişafı məsələsindən bəhs edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















