İstanbulda seçkinin yenidən keçirilməsinə qərar verildi - LİRƏ SÜRƏTLƏ UCUZLAŞDI
31 Martda İstanbulda keçirilmiş seçkinin nəticəsi ləğv edildi. İstanbul Böyükşəhər Bələdiyyə sədrinin seçilməsi üçün yenidən seçki keçiriləcək.
Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK), Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) etirazını qəbul edərək seçkinin ləğv edilməsinə qərar verib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja"nın məlumatına görə, YSK-nın qərarını, AK Parti-nin YSK-dakı nümayəndəsi Recep Özel, sosial mediadan bildirib. O, "İstanbulda seçki yenidən keçiriləcək. Xeyirli olsun" yazıb.
Xəbərdən sonra Lirə kəskin ucuzlaşıb. Dollar/TL məzənnəsi 2,5% artımla 6.1152 səviyyəsinə yüksəlib.
QƏRAR SƏS ÇOXLUĞU İLƏ QƏBUL EDİLİB
YSK-dakı bu qərar səs çoxluğu ilə qəbul olunub. YSK-dakı səsvermədə 7 qəbul, 4 rədd səsi verilib.
İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin 23 İyun Bazar günü yenidən keçirilməsinə qərar verilib.
Qeyd edək ki, İstanbul seçkisinin qalibinin CHP-nin namizədi Əkrəm İmamoğlu olduğu bildirilirdi. Hətta o vəzifəsinin icrasına da başlamışdı.
31 Mart 2019-da keçirilmiş seçkiyə qatılan siyasi partiyalar 23 İyunda keçiriləcək təkrar seçkiyə qatılacaqlar. "Ak Parti"nin namizədi Binali Yıldırım idi.
İstanbul seçimleri yenileniyor. Hayırlı olsun....
— Recep Özel (@recepozel32) 6 мая 2019 г.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























