Hyundai Motors şirkəti NEXO texnologiyasının tətbiqini genişləndirir
Hyundai Motors aprel ayında il 2 böyük sənaye layihəsinə imza atmışdır. Şirkət elan etdiyi “FCEV Vision 2030” layihəsi çərçivəsində 2030-cu ilə qədər 500 000 vahid hidrogen yanacağı ilə işləyən avtomobil istehsal edəcək. Layihənin icrası üçün R&D (araşdırma və inkişaf) strukturlarına 6.7 Milyard ABŞ dolları xərclənməsi və ümumi heyyət sayının 51000 nəfərə çatdırılması nəzərəd tutulub.
Hyundai motors şirkəti Avropa və Şimali Amerika bazarlarında hidrogen yanacağı ilə çalışan avtomobilləri ilə uğur qazandıqdan sonra aprel ayında il 2 böyük sənaye layihəsinə imza atmışdır. Şirkət elan etdiyi FCEV Vision 2030 layihəsi çərçivəsində 2030-cu ilə qədər 500 000 vahid hidrogen yanacağı ilə işləyən avtomobil istehsal edəcək. Layihənin icrası üçün R&D (araşdırma və inkişaf) strukturlarına 6.7 Milyard ABŞ dolları xərclənməsi və ümumi heyyət sayının 51000 nəfərə çatdırılması nəzərəd tutulub. Xüsusi vurğulamaq lazımdır ki, şirkət bu vizyonu yalnız minik avtomobillərinə əhatə etmir.
Avropa bazarında fəaliyyətin genişləndirilməsi üçün H2 Energy AG şirkəti ilə Hyundai Hydrogen Mobility birgə müəsisəsinin yaradılmasının elanı verilmişdir. Birgə fəaliyyət çərçivəsində Hyundai Motor şirkəti 2019 – 2025-ci illər arasında hidrogen yanacağı ilə çalışan 1,600 ağırtonnajlı avtomobillərlə Hyundai Hydrogen Mobility şirkətini təmin edəcək. Yeni yaradılan şirkətin mərkəzi İsveçrə olsa da Avropa bazarında hidrogen əsaslı və sıfır emisiya yanacaq təchizatı mövzusunda ticari avtomobillərlə bağlı həllər tətbiq edəcək.
Aprel ayında imzalan ikinci müqavilə ilə Hyundai Motor Company şirkəti yerli bazarda fəaliyyət göstərən East-West Power (EWP) və Deokyang şirkətləri ilə hidrogendən elektrik alınması mövzusunda anlaşma memorandumu imzalamış oldu. Memorandum əsasında inşa ediləcək müəsisə hər biri 500Kvt olmaqla 2 ədəd Hyundai NEXO modelindəki kimi yanacaq elementləri ilə təchiz edilmiş moduldan ibarət olacaqdır. Müəsisə illik 8000MVT/saat elektrik enerjisi yaradaraq 2200 evi aylıq 300kVt/saat hesabı ilə təmin etməyi planlaşdırır. Xam mal olaraq istifadə ediləcək hidrogen yaxınlıqdakı neft-kimya kompleksinindən boru şəbəkəsi vasitəsilə nəql ediləcək. Bu isə öz növbəsində processin maya dəyərinin azaldılmasına xidmət edəcək.
Bu pilot layihə Hyundai şirkətinə yanacaq elementləri texnologiyasın müxtəlif sənaye spektrlərində tətbiq etmək imkanı verməklə yanaşı, xərclər mövzusunda rəqabətcilliyi artıracaq və digər əlaqəli sahələrin inkişafını təmin edəcəkdir.
Layihə makroiqtisadi cəhətdən bir presedent rolunu oynaya bilər. Əgər EWP şirkəti üçün öz balansında olan bərpa olunan enerji ehtiyyatları payının artırılmasıdırsa Deokyang şirkəti üçün ticarət həcminin böyüməsi və tələbin stabill olması səbəbində hidrogen qiymətlərinin azalması deməkdir.
Hyundai şirkəti bu ilin əvvəlində elan etdiyi “FCEV Vision 2030” layihəsi çərçivəsində öz texnologiyasının əlaqəli sənaye sahələrinə ixracını təmin etməklə “Hidrogen Cəmiyyəti” anlayışına əməli fayda verə biləcəyinə inanır.
Qeyd edək ki, Hyundai Motor hidrogen əsaslı yanacaq elemntləri sahəsində dünya lideridir. Şirkət 2013-cü ildə dünyada ilk dəfə elektriklə çalışan avtomobillərin (ix35 və Tucson) satışı həyata keçirmişdir. NEXO isə 2-ci nəsil Hyundai FCEV olaraq bir dəfə doldurularaq 609 KM diapazonla hərəkət edən avtomobil kimi bazarda mövqeyini qorumaqdadır. Avtomobilin hərəkəti zamanı atmosferə yalnız təmiz su buxarı buraxılır və hərakət zamanı avtomobil havanın təmizlənməsini həyata keçirir.
Hyundai Motors şirkətinin Azərbaycandakı rəsmi nümayəndə Auto Azerbaijan şirkətindən aldığımız məlumata əsasən bərpa olunan enerji ilə çalışan avtomobillər sırasına İONİQ Electric modeli ilə yanaşı İONİQ HYBRİD Plug İn modeli də may ayının sonunda qoşulacaq. Şirkətdə İONİQ HYBRİD modelinin komplektasiyası və satış qiymətləri barədə yaxın zamanlarda məlumat veriləcəyini bildirdilər.
Avtomobili əldə etmək üçün Ziya Bünyadov pr.118 yerləşən Hyundai satış mərkəzinə müraciət edə bilərsiniz.
Ətraflı məlumat üçün ünvan: http://www.hyundai.az/az/ioniq
Əlaqə nömrəsi: (012) 989
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
4 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















