5 sığorta şirkətinin öhdəlikləri 30 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə öhdəliklərinin məbləği barədə məlumat verib ki, bunlardan da 5-də sözügedən göstərici 30 milyon manatdan çoxdur.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (285,203 milyon manat), "PAŞA Sığorta" (99,828 milyon manat), "Atəşgah Həyat Sığorta" (70,568 milyon manat) və "Atəşgah Sığorta" (30,166 milyon manat) ASC-lərdir.
Adları çəkilən 4 şirkətin məcmu öhdəlikləri 485,765 milyon manat təşkil edir ki, bu da bazarın 73,4%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 10-nun öhdəlikləri 10-30 milyon manat arasında, 6-n;n öhdəlikləri 1-10 milyon manat arasındadır.
20 şirkətdən 14-ü ötən il öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "PAŞA Həyat Sığorta" ASC-də (89,6%), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (0,5%) qeydə alınıb. Qalan 6 sığorta şirkətinin isə öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Bakı Sığorta" ASC-də (28,5%), ən aşağı mənfi dinamika isə "AXA Mbask" Sığorta Şirkəti ASC-də (14,5%) baş verib.
***
Ötən ilin sonuna 20 sığorta şirkətindən 5-də uzunmüddətli öhdəliklər 25 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (227,851 milyon manat), "PAŞA Sığorta" (90,195 milyon manat), "Atəşgah Həyat Sığorta" (69,148 milyon manat), "Atəşgah Sığorta" (26,827 milyon manat) və "Azsığorta" (25,709 milyon manat) ASC-lərdir.
Adları çəkilən 5 şirkətin məcmu uzunmüddətli öhdəlikləri 439,73 milyon manat təşkil edir ki, bu da bazarın 69,9%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 8-nin uzunmüddətli öhdəlikləri 10-25 milyon manat arasında, 6-nın uzunmüddətli öhdəlikləri isə 1-10 milyon manat arasında, 1-nin - "Bakı Sığorta"nın uzunmüddətli öhdəlikləri isə 997 min manatdır.
20 şirkətdən 13-ü 2018-ci ildə uzunmüddətli öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "Meqa Sığorta" ASC-də (92,2%), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (0,6%) qeydə alınıb. Qalan 7 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Qala Həyat Sığorta" ASC-də (31,3%), ən aşağı mənfi dinamika isə "Atəşgah Sığorta" ASC-də (6%) baş verib.
***
Bu ilin əvvəlinə 20 sığorta şirkətindən 5-də qısamüddətli öhdəlikləri 2 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Sığorta" (9,633 milyon manat), "PAŞA Həyat Sığorta" (7,353 milyon manat), "Qala Həyat Sığorta" (4,057 milyon manat), "Atəşgah Sığorta" (3,339 milyon manat) və "Qala Sığorta" (2,082 milyon manat) ASC-lədir.
Adları çəkilən 5 şirkətin məcmu qısamüddətli öhdəlikləri 26,464 milyon manat təşkil edir ki, bu da bazarın 88%-i deməkdir. Qalan 15 sığorta şirkətindən 3-nün qısamüddətli öhdəlikləri 1-2 milyon manat arasında, 12-nin qısamüddətli öhdəlikləri isə 1 milyon manatdan azdır.
20 şirkətdən 12-si ötən il qısamüddətli öhdəliklərini artırıb. Ən yüksək müsbət dinamika "Atasığorta" ASC-də (7,8 dəfə), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (11,9%) qeydə alınıb. Qalan 8 sığorta şirkətinin isə qısamüddətli öhdəlikləri azalıb. Ən yüksək mənfi dinamika "Bakı Sığorta" ASC-də (57,9% az), ən aşağı mənfi dinamika isə "Xalq Sığorta" ASC-də (2%) baş verib.
"Naxçıvan Sığorta" ASC öhdəliklərinin məbləğini açıqlamayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
5 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
9 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
27 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı




















