BMT Azərbaycan əhalisinin 11 milyona çatacağı vaxtı açıqladı
2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyonadək artacaq.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) hesabatında bildirilib. 2010-2015-ci illər ərzində ölkə əhalisinin sayının 9 milyona, 2019-cu ildə isə 10 milyona çatdığını nəzərə alsaq, qarşıdakı 31 il ərzində cəmi 1 milyon artımın olacağı barədə proqnoz aşağı göstəricidir. Artım prosesinin zəif olmasında əsas səbəblər nədir?
Sosioloq Əhməd Qəşəmoğlu BMT-nin proqnozu ilə razılaşmayıb və Azərbaycan əhalisinin 2050-ci ildə 11 milyondan çox olacağını düşünür.
“Əhalinin inkişafı ilə bağlı problemlərə BMT çox ciddi nəzarət edir. Beynəlxalq təşkilatların əksəriyyəti əhali artımından narahatdır. Səbəb olaraq isə təbii resusların azlığı göstərilir. BMT əhali sayının artımı ilə bağlı konkret proqnozlara əsasən açıqlamalar verir. Lakin bu proqnozların dəqiq olduğu bilinmir. İnandırıcı deyil ki, 30 illik bir vaxtda ölkəmizdə cəmi 1milyon artım olacaq. BMT hesablamalarında ola bilsin ki, gizli olaraq nəzərdə tutduqları amillər var. Buna görə çalışmalıyıq ki, əhali artımı normal qaydada olsun. Dövlət humanitar siyasəti elə həyata keçirilməlidir ki, əhalinin artımı normal qaydada getsin. Ümumi statistikaya nəzər salsaq görərik ki, dünyada əhali artımı əvvəlki illərə nisbətdə aşağıdır. Lakin istənilən halda ölkəmiz üçün 2050-ci ilədək 1 milyon artım göstəricisi çox aşağıdır. Düşünürəm ki, Azərbaycan əhalisinin sayı həmin ilədək 11 milyondan daha çox olacaq”.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























