“Mənzillər mehmanxanalara ciddi zərbə vurur”

Müxtəlif mənzillərin apartamentlər kimi, bəzilərinin isə hostel adı ilə fəaliyyət göstərməsi mehmanxanalara ciddi zərbə vurur.
Bunu “Marja”ya DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndi bildirib.
“Son bir neçə il ərzində ölkəyə səfər edən turistlərin sayının artması, ekonom seqmentdə fəaliyyət göstərən mehmanxanaların isə ümumi nömrə fondunun çatışmamazlığı, xüsusən də Bakı şəhərində, mənzil fondunun aktivləşməsinə gətirib. Yani turistlərə müxtəlif mənzillərin apartamentlər kimi, bəzilərinin isə hostel adı daşıyaraq təklifləri ortaya çıxıb. Bu fakt həm mehmanxanalara ciddi zərbə vurur və eyni zamanda turizm bazarında keyfiyyətsiz və turistlərin təhlükəsini şübhə altına salan xidmətlərin təklif edilməsi kimi qiymətləndirilir”.
Onun sözlərinə görə, digər tərəfdən mənzil sahibləri kütləvi şəkildə vergidən yayınırlar: “Bunları tənzimləmək lazımdır, yerli mehmanxanaların marağları qorunmalıdırlar. Əgər kimsə öz mənzilini turistlərə və yaxud ölkəyə səfər edən qonaqlara və eyniliklə yerli turistlərə, ezamiyyətdə olan şəxslərə icarəyə vermək istəyirsə bu əmlak mütləq müvafiq standartlara cavab verməlidir. Baxmayaraq ki, standartda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatında “Rezidens (apartment complex; residence) – studio tipli otaqlar və mənzillərdə yerləşmə xidmətini təmin edən yerləşdirmə vasitəsi” izahlı olaraq göstərilib, bu sahəyə nəzarət zəifdir. Təsnifat sistemində dəyişikliklərlə və yaxud digər normativ-hüquqi sənədlərlə bu məsələni qaydaya gətirmək olar”.
Samir Dübəndi bildirib ki, Azərbaycandakı mehmanxanaların yarısından çoxu 4* ulduz kateqoriyasına aiddir, təsnif edilmiş mehmanxanaların təxminən 22% 5* ulduzludurlar, eyni sayda 3* ulduzlu və cəmi 2%-i 2* ulduzlu mehmanxanalar təşkil edirlər.
“Qeyd etmək zəruridir ki, bu heçdə ürəkaçan mənzərə deyil. Çünki, ölkədə fəaliyyət göstərən mehmanxanaların çox az faizi təsnif ediliblər. Hesab edirik ki, bu sahədə geniş təşviqat və təbliğat işi aparılmalıdır. Əgər kütləvi turizmın inkişafına nail olmaq istəyiriksə bu halda mütləq 1,2,3 ulduzlu mehmanxanalar, hostellər kimi müəssisələrin sayını artırmalıyıq. Bu isə yalnız biznesı bu istiqamətdə həvəsləndirməklə və daha əlverişli iqtisadi imkanların yaranması ilə realizə edilə bilər”.
“Araşdırmalar onu da göstərir ki, təsnif edilmiş mehamnxanalar sırasında minimal tələblərə cavab verən və bunlara fəaliyyətlərində riayət edən müəsissələrin sayı olduqca azdır, - deyən Samir Dübəndi sözlərinə belə davam edib.
“ Biz əminliklə bilirik ki, bu kateqotiyalı mehmanxanalara şamil edilən bir sıra minimal tələblərə onlar cavab vermirlər və buna hamı göz yumur. Bunlar sırasında bir neçə ən vaciblərini sadalamaq istərdik: istehlakçıların rəy və təkliflərini öyrənmək üçün sistem aparılmır, personalın təlim və hazırlıqı üzrə plan aparılmır, baxmayaraq ki, bütün kateqoriyalar üçün minimal tələb hesab edilən personalın ən azı 50%-nın müvafiq peşə sertifikatının olmasına riayət edilmir, İSO 22000 Qida Məhsullarının Təhlükəsizliyi Sistemi tətbiq edilmir, naməlum və yaxud gizli qonaq sistemi tətbiq edilmir və sairləri. Nəticə etibarilə bütün bunlar göstərilən xidmətlərin keyfiyyətinin aşağı düşməsunə gətirib çıxarır”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
-
31 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 34 d. əvvəl
-
35 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 36 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Azərbaycanda gediş haqqı məsafədən asılı olaraq ödəniləcək

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
