"Hotellərimiz turist axını ilə üzləşəndə qiymətləri qaldırmağa başlayırlar"
Azərbaycanda hotellərin qiymət siyasətinin nizamlanması mexanizmini yaratmaq lazımdır.
Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
O deyib: “Təəssüf ki, bir sıra hotellərimiz turist axını ilə üzləşəndə qiymətləri qaldırmağa başlayır. Bu böyük problemdir, çünki bu hotellərə görə bütün turizm sektoru ziyan görə bilər.”
N.Bağırov bildirib ki, Gürcüstan, eləcə də digər ölkələr belə hallarda qiymətləri əksinə, azaldır.
2015-ci ildə Azərbaycanda bir sıra biznes növləri, eləcə də turizm fəaliyyəti ilə məşğul olan şirkətlər üçün lisenziya ləğv olunmuşdu. Bağırovun fikrincə, bu, turizmin inkişafını stimullaşdırsa da, digər tərəfdən lisenziyaların ləğvi bir sıra problemləri üzə çıxarıb.
Assosiasiya sədri deyib: “Bizdə keyfiyyətsiz xidmətlər təklif edən turizm şirkətləri yaranmağa başlayıb. Bunun qarşısını almaq üçün şirkətlər qarşısında müəyyən öhdəlikər irəli sürəcək bir mexanizm yaradılmalıdır. Bu cür şirkətlərin ucbatından Azərbaycanın imici ziyan görə bilər. Bu səbəbdən şirkətlər qarşısında müəyyən meyarların təyin olunması vacibdir”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























