"Azercell" dövlət şirkəti olduqdan sonra büdcəyə ödənişləri kəskin azalıb
"Azercell Telekom" şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat vergi ödəyib. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Belə ki, "Azercell" şirkəti 2017-ci ildə dövlət büdcəsinə 179,7 milyon manat vergi ödəmişdi.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, Azercell 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib.
"Azercell" dövlət bdcəsinə 2015-ci ildə 123 milyon manat, 2016-cı ildə isə 175,1 milyon manat vergi ödəmişdi.
“Azercell”in dövlət büdcəsinə ödənişlərinin azalması bazar payının ardığı bir ilə təsadüf edib.
“Azərbaycanda mobil telefon istifadəçilərinin əksəriyyəti “Azercell”i və onun xidmətlərini seçir. Bunun nəticəsidir ki, ötən il ərzində “Azercell”in bazar payı 1% artaraq 49%-ə çatıb”,- “Azercell Telecom” MMC-nin prezidenti, Vahid Mürsəliyev 2018-ci ilin yekunlarına dair danışarkən bildirib.
SƏRMAYƏSİ 2 DƏFƏDƏN ÇOX ARTIB
“Azercell” ötən il telekommunikasiyanın inkişafına 101,1 milyon manat (59,5 milyon ABŞ dolları) sərmayə yatırıb. Bu, 2017-ci illə müqayisədə 2,4 dəfə çoxdur. “Azercell” şirkəti 2017-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 41 milyon 837 min manat (təxminən 25 milyon dollar) sərmayə yatırmışdı.
Qeyd edək ki, payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) MMC və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















