Hesab.az “ASAN Məktub” layihəsinə onlayn kommunikasiya dəstəyi oldu
(®)Siz də, Azərbaycanın dörd bir yanında yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzularının həyata keçməsinə yardım göstərə bilərsiniz.
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az hər zaman öz sahəsi üzrə yeniliklər etməyə davam edir və istifadəçilərinə ən yaxşı xidməti göstərmək üçün dayanmadan çalışır.
Bununla yanaşı sosial məsuliyyətli tədbirlərə də biganə qalmır. Hesab.az bu günə kimi təhsilə, maddi və mənəvi cəhətdən dəstəyə ehtiyacı olan bir çox gəncə dəstək olmuş, bu məqsəd ilə təşkil olunan tədbirlərdə yaxından iştirak etmişdir. Hazırda Hesab.az ASAN Məktub layihəsinə kommunikasiya dəstəkçisi kimi çıxış edir. Hesab.az portalının reklam bölməsində, sosial kanallarında ASAN Məktub layihəsinə dəstək olmaq məqsədiylə paylaşımlar edilir.
Məqsəd daha çox insanı ASAN Məktub layihəsinə dəstək olmağa səsləmək və mümkün qədər daha çox uşağın arzularını reallaşdırılmasına səbəbiyyət yaratmaqdır. Siz də, layihəyə dəstək olaraq Azərbaycanın dörd bir yanında yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzularının həyata keçməsində yardımçı olun. Onlara edəcəyiniz ən kiçik yardım belə onların həyatlarında unudulmaz xatirəyə çevriləcək. Öhdəliyinizə götürdüyünüz hər məktub ilə qarşılıqsız yardım etməyin mənəvi zövqünü yaşayacaq və dəyərindən asılı olmayaraq onlara sevinc bəxş edəcəksiniz.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)





.jpg)











.jpg)


