“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) 2018-ci ilin ikinci yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “Atəşgah” Sığorta Şirkətinin ötən ilin son altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 23 443,40 AZN təşkil edib. Sığorta olunan Türkiyədə səfərdə olarkən aquaparkda yıxılaraq onurğa sümüyünü sındırıb. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də gediş-dönüş sənədində nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədiyi üçün vətənə xüsusi şəraitdə (xərək və ailə üzvünün müşayiəti ilə) geri qayıtmasına çəkilən xərclər ödənilmişdir.
“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən ikinci iri ödənişin məbləği 7 427,30 AZN təşkil edib. Sığorta olunan Türkiyəyə etdiyi səfərin son günü geri qayıdarkən hava limanında yıxılmış və nəticədə ayaq sümüyü sınmışdır. Sığortaçı tərəfindən Sığorta olunanın cərrahi və terapevtik müalicəsinə, eləcə də vaxtında səfərdən geri qayıda bilmədiyi üçün vətənə geri qayıtmasına çəkilən xərclər ödənilmişdir. Hadisə ilə əlaqədar həmçinin, sığorta olunanla birlikdə səfər edən ailə üzvlərinin nəzərdə tutulmuş vaxtda səfərdən geri qayıda bilmədikləri üçün vətənə geri qayıtmalarına çəkilən xərclər ödənilmişdir.
Şirkət tərəfindən səyahət sığortası üzrə ödənilən növbəti iri məbləğ 6 510,78 AZN olub. Sığorta olunan İsveçrə Konfederasiyasında səfərdə olduğu zaman səhhətində yaranan kardioloji şikayətlər səbəbindən tibb müəssisəsinə aparılıb. Sığorta olunanın terapevtik müalicəsinə çəkilmiş xərclər Sığortaçı tərəfindən həyata keçirilib.
Ümumilikdə 2018-ci ildə “Atəşgah” SŞ - nin səfər sığortası üzrə ödənişlərinin ümumi həcmi 500 min AZN çox təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 d. əvvəl
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























