İstanbulda kirayə qiymətləri düşüb - ƏN YÜKSƏK VƏ ƏN AŞAĞI QİYMƏTİN OLDUĞU BÖLGƏLƏR
"Endeksa"nın araşdırmasına görə, İstanbulda kirayə qiymətləri son bir ildə 2,89 faiz geriləyib. Meqa şəhərdə 100 kvadratmetrlik mənzil üçün orta hesabla 1600 lirə (510 manat) kirayə haqqı ödənir.
"Marja" araşdırmaya istinadən xəbər verir ki, şəhərdə ən yüksək orta kirayə haqqı 2 min 700 lirə ilə (865 manat) Sarıyerdədir, bu rəqəm, Esenyurt, Sancaktepe və Sultangazidə 900 lirəyə qədər düşür.
Daşınmaz əmlak məlumat təhlili platforması "Endeksa"nın araşdırmasına görə, artan təklif və xarici valyuta məzənnəsindəki dəyişiklik icarə qiymətlərinə ən çox təsir edən amillərdir.
Əvvəllər xarici valyutada alınan kirayə haqlarının, hökümətin qərarı ilə Türk lirəsinə çevrilməsi kirayə qiymətlərinin geriləməsinə səbəb olub. Belə ki, İstanbulda son bir ildə kirayə qiymətləri 2,89 faiz geriləyib.
İstanbulda 100 kvadratmetrlik mənzil üçün ən yüksək orta kirayə haqqı 2 min 700 lirə ilə Sarıyerdədir. Bu bölgənin ardınca 2 min 600 lirə ilə Beşiktaş və Bəyoğlu gəlir.
İstanbulda ən aşağı orta kirayə haqqını 900 lirə ilə Esenyurt, Sancaktepe və Sultangazide yaşayanlar ödəyir. Bu rəqəm Sultanbeyli, Tuzla, Pendik, Çekmeköy, Beylikdüzü və Büyükçekmece-də min lirəyə çıxır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























