Azərbaycan bazarını tərk edəcək
Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "AXA Mbask"ın bir ildən sonra Azərbaycan bazarını tərk edəcəyi bildirilir. Bu barədə sığorta bazarındakı mənbələr məlumat verib.
Verilən məlumata görə, şirkət qarşıdakı bir il ərzində öhdəliklərini yerinə yetirib sonra bazarı tərk edəcək.
Hazırda şirkət əksər sığorta növləri üzrə müqavilələr bağlamağı dayandırıb, bundan başqa, "AXA Mbask"ın ənənəvi olaraq güclü tərəfi sayılan sığorta agentlərinin də əksəriyyəti şirkətdən uzaqlaşıblar. Buna səbəb, komissiya haqlarının kəskin şəkildə azaldılmasıdır.
Qeyd edək ki, bir qədər əvvəl "AXA Mbask" bəzi sığorta növləri üzrə yeni müqavilə bağlamağı dayandırdığını elan etmişdi.
Xatırladaq ki, hazırda "AXA Mbask"ın göstəriciləri pis deyil. Şirkət 2018-ci ildə 18,6 milyon manat sığorta haqları toplayaraq sığorta şirətləri arasında 9-cudur, sığorta sektorunda bazar payı isə 2,56%-dir.
Bununla yanaşı, sığorta bazarındakı təmərküzləşmə prosesləri "AXA Mbask"a da təsir edib, son bir ildə, yəni 2017-i illə müqavisədə şirkətin yığımları 16,5% azalıb.
Ödənişlərin həcminə görə isə AXA Mbask 9,6 milyon manat ödənişlə 21 sığorta şirkəti arasında 8-ci yerdədir.
Şirkətin ödəniş/yığım nisbəti göstəricisi 51,4%-dir və bu göstərici ilə 5-cidir. Ölkə üzrə ödəniş/yığım nisbətinin orta göstəricisi 33,1%-dir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)











.jpg)




