"Azər-Türk Bank" 2018-ci ili mənfəətlə başa vurub
(®) Dövlət bankı "Azər-Türk Bank"ın 01 yanvar 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 370,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 38 faiz yüksələrək 164,9 milyon manat təşkil etmişdir. Cəmi bank öhdəlikləri 12% artmış və 314,8 milyon manata çatmışdır.
Məcmu kapitalın həcmi 52 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 24%, leverec əmsalı isə 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan təqribən üç dəfəyə yaxın çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Ötən ilin son rübündə Bank 169 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Depozit portfeli 167,5 milyon manat həcmində olmuşdur ki, bunun da 55,3 milyon manatı əhalinin əmanətləridir.
2018-ci ildə Bankın müştərilərinin sayı iki dəfə artaraq 48 351 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















