Daha bir bank gəlirlərinin artdığını və mənfəət açıqladı
“NBC Bank” ASC 2018-ci ili 1 milyon 150 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “NBC Bank”ın cəmi gəlirləri 20 milyon 957 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 571 min manat, qeyri-faiz gəlirləri 3 milyon 386 min manat təşkil edib. Bank 20 milyon 957 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 683 min manat xərc çəkib və yekunda 2 milyon 274 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 1 milyon 124 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nəticədə “NBC Bank” ötən ili 1 milyon 150 min manat xalis mənfəət ilə bağlayıb.
2017-ci illə müqayisədə “NBC Bank”ın faiz gəlirləri 26,5%, qeyri-faiz gəlirləri 7,8% artıb. Bank 2017-ci ildə 13 milyon 894 min manat faiz, 3 milyon 142 min manat qeyri- faiz gəliri əldə etmişdi.
BANK BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “NBC bank” 283 milyon 376 min manat cəmi aktivlərə, 225 milyon 274 min manat cəmi öhdəliklərə və 58 milyon 103 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 204 milyon 125 min manat cəmi aktivlərə, 147 milyon 285 min manat cəmi öhdəliklərə və 56 milyon 839 min manat cəmi balans kapitalına malik idi.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
İllik müqayisədə “NBC Bank”ın kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) təxminən 50 milyon manat və ya 32% artaraq 204 milyon 469 min manata çatıb. 2017-ci ilin sonunda “NBC Bank”ın müştərilərə verdiyi kreditlər 154 milyon 396 min manat təşkil etmişdi.
“NBC Bank”da depozitlər isə 43,9% artaraq 2017-ci ilin sonundakı 73 milyon 969 min manatdan 2018-ci ilin sonunda 106 milyon 426 min manata yüksəlib.
31 Dekabr 2018-ci il tarixində “NBC Bank” 57 milyon 88 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
24 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
25 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
46 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
51 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
58 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)









.jpg)









