Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub
Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti S.M.Mınbayevin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) BA HŞB-nin İdarə Heyətinin sədri vəzifəsinə təsdiq edilməsi; “Batumi dəniz limanı” MMC-nin BTNM BA HŞB-nin daimi üzvlüyündən assosiativ üzvlüyünə keçirilməsi; BTNM BA HŞB-nin 2018-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı; 2019-cu il üçün BTNM marşrutu üzrə daşınma həcmlərinin təsdiq edilməsi; 2019-cu il üçün BTNM marşrutu üzrə təsdiq edilmiş tarif dərəcələrinə dair BTNM İnkişafı üzrə İşçi qrupunun məlumatı; BTNM BA HŞB-nin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün audit şirkətinin seçilməsi və təsdiq edilməsi; 2019-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiq edilməsi; BTNM BA HŞB-nin 2019-cu il üçün marketinq üzrə tədbirlər planının təsdiq edilməsi; BTNM BA HŞB işçilərinin ezamiyyəti haqqında Əsasnamənin və BTNM BA HŞB-nin nümayəndəlik xərcləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sədrliyi ilə keçən müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan səmərəli istifadəsi, dəhlizin potensialından istifadə edilməsinin, bu marşruta yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu marşrut üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial mövcuddur. Bu dəhlizin daha da inkişaf etdirilməsi üçün iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. BTNM-in rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.
Yığıncaqda qeyd olunub ki, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə heyətinin sədri Kanat Alpısbayevin başqa işə keçməsi ilə əlaqədar, eyni zamanda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri vəzifəsinədəki səlahiyyətlərinə də xitam verilib. Yığıncaqda “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə Heyətininn sədri Sauat Mınbayev “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri vəzifəsinə təsdiq edilib.
İki gün davam edən yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti İdarə heyətinin sədr müavini Sanjar Yelyubayev, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, Ukrayna Dəmir Yolları İdarə Heyətinin üzvü Remiqiuş Paşkeviç, Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” SC-nin sədri Abay Turikpenbayev, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun iştirakı ilə müvafiq protokol imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
15 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
16 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
16 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!




















