İşçilərini ixtisar edən holdinqin bankı azalan rəqəmlər açıqladı
“Azərbaycan Sənaye Bankı” ASC 2018-ci ili 3 milyon 946 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ili 4 milyon 357 min manat xalis mənfəətlə bağlamışdı. İllik müqayisədə Bankın xalis mənfəəti 9,4% azalıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci ildə 24 milyon 456 milyon manat faiz, 6 milyon 965 min manat qeyri-faiz gəliri əldə etmiş "Azərbaycan Sənaye Bankı", 2018-ci ildə 24 milyon 888 min manat faiz, 2 milyon 698 min manat qeyri-faiz gəliri əldə edib. Beləliklə, Bankın faiz gəlirləri cüzi artıb, qeyri-faiz gəlirləri isə 2,6 dəfə azalıb.
Ötən il “Azərbaycan Sənaye Bankı” ASC 27 milyon 586 min manat cəmi gəliri əldə etmək üçün 25 milyon 795 min manat xərc çəkib. Nəticədə Bankın 1 milyon 791 min manat əməliyyat mənfəəti yaranıb (2017-ci ildə Bankın əməliyyat mənfəəti 6 milyon 693 min manat təşçkil etmişdi. 3,7 dəfə azalma olub). Əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 3 milyon 167 min manatı azad olduğundan Bankın vergi ödənilənədək xalis mənfəəti 4 milyon 958 min manat olub. Ötən il “Azərbaycan Sənaye Bankı” 1 milyon 12 min manat mənfəət vergisi ödəyib. Beləkilə Bank, ötən ili 3 milyon 945 min manat xalis mənfəət ilə bağlayıb.
"Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəət 2016-cı ildə 8 milyon 344 min manat, 2017-ci ildə isə 6 milyon 693 min manat təşkil etmişdi. İldən ilə Bankın xərcləri daha çox gəliri "yeyir".
BANK KİÇİLİB
31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 822 milyon 311 min manat cəmi aktivlərə, 730 milyon 282 min manat cəmi öhdəliklərə və 92 milyon 29 min manat cəmi balans kapitalına malik olub. 31 Dekabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 945 milyon 189 min manat cəmi aktivlərə, 945 milyon 189 min manat cəmi öhdəliklərə və 90 milyon 358 min manat cəmi balans kapitalına malik idi. Beləliklə, illik müqayisədə Bankın aktivləri 13% azalıb.
"Azərbaycan Sənaye Bank"nın müştərilərə verdiyi kreditlər 2017-ci ilin sonundakı 298 milyon 830 min manatdan 2018-ci ilin sonunda 285 milyon 950 min manata düşüb.
"Azərbaycan Sənaye Bank" kredit ilə bərabər digər banklara yerləşdirdiyi depozitlərdən də qazanır. Bankın digər banklardakı depozitləri 607 milyon 982 min manatdan 461 milyon 233 manata düşüb (24,1% azalma).
BANKDAN PULLAR GERİ GÖTÜRÜLÜB
"Azərbaycan Sənaye Bank"nda depozitlər də azalıb. İllik müqayisədə Bankın depozit portfeli 628 milyon 656 min manatdan 558 milyon 360 min manata geriləyib (11,1% azalma).
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ixtisarlar aparılıb.Məlumata görə, şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib. "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov "Marja"ya açıqlamasında bildirdi ki, holdinqdə xərclərin azaldılması üçün daha effektiv idarəetmənin tətbiqinə başlanılıb. 100 nəfərə yaxın işçi ötən il ixtisar olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 saat əvvəl
-
-
14 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























