Sabiq Aparat rəhbəri 6.5 milyon manatlıq cinayət işində ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev ifadə verib.
2010-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində çalışmış R.Quliyev deyib ki, 2018-ci ildə struktur dəyişikliyi aparılarkən vəzifəsindən uzaqlaşdırılıb: "Çalışdığım dövrlərdə vəzifəm strukturlara, şöbələrə nəzarət etmək, işləri əlaqələndirmək, göndərilən məktubları cavablandırmaq idi".
O qeyd edib ki, Nərimanov rayonunda olan gözdən əlil şəxslərlə bağlı problemlərdən ilk dəfə mətbuatdan xəbər tutub: "O zaman bizə şikayətlər daxil oldu. Həmin şikayətlər üzrə biz adiyyatı üzrə cavablar verdik. Rayon İcra Hakimiyyətlərinin verdiyi hər hansı bir sərəncama biz münasibət bildirmirdik. Bizə məktublar məlumat daxil olurdu. Həmin vaxt da Nərimanov Rayon İca Hakimiyyəti tərəfindən bizə məktub daxil olmuşdu. Məktubda göstərilirdi ki, siyahıya daxil olan əlil şəxslər növbəyə alınır. Biz də həmin məktuba "etiraz etmirik" cavabı yolladıq".
Keçmiş Aparat rəhbəri bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin balansında tikinti ilə bağlı hər hansı bir fond yoxdur: "Yəni, konkret olaraq hazırda icra hakimiyyəti bina tikmir. Sadəcə Sovet dövründən qalma strukturda mənzil şöbəsi var. O vaxt bununla bağlı bizə şikayətlər daxil olurdu, qəbula gəlirdilər. Biz də onlara izah edirdik ki, bu Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan bir məsələ deyil".
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.
İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























