Azərbaycanın zavodlar kompleksi yeni sistemə keçir
Zavodlar kompleksi olan Sumqayıt Texnologiyalar Parkı SAP ERP (Enterprise Resource Planning/Müəssisə Resurslarının Planlaması) sisteminə keçir.
STP-nin Layihələrin İdarə edilməsi, İnformasiya Texnologiyaları və Maliyyət departamenti Enterprise Solutions Consulting Group LLC - www.es-cg.info şirkəti ilə bu istiqamətdə çalışmalara başlayıblar.
"Günü-gündən böyüyən, satışları artan STP-nin daha effektiv proqram təminatına ehtiyacı yaranıb. Yeni sistemin tətbiqin köməyi ilə şirkət baş ofis də daxil olmaqla, 12 zavodun fəaliyyətini vahid mərkəzdən, avtomatlaşmış şəkildə idarəetmə və nəzarət imkanı əldə edəcək. Bundan başqa SAP ERP proqramı qərar qəbuletmə prosesini, daxili və xarici auditlərin aparılmasını sadələşdirəcək. Bütün bunlar şirkətin biznes proseslərinin səmərəlilik faizinin yüksəlməsinə səbəb olacaq", - STP-nin məlumatında deyilir.
Qeyd edək ki, ERP sistemi müəssisələrin biznes proseslərinin vahid mərkəzdən avtomatlaşmış şəkildə idarəetməyə imkan verən proqram təminatıdır. ERP proqramları şirkətlərin maddi, maliyyə və insan resursları üzrə hesabatlılığı təmin etmək, sənəd dövriyyəsini sürətləndirmək üçün əvəzolunmazdır. Bu cür proqramlar şirkətdə şəffaflığı artırmaq baxımından da çox önəmlidir.
Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün geniş çeşiddə məhsullarla təmin edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






