Yalnız bir gun - ən çox gözlənilən Xaricdə Təshil Sərgisi
Yalniz bir gun, 2017-ci ilin ən çox gözlənilən Xaricdə Təshil sərgisi 4 Mart həftənin şənbə günü JW Marriott Absheron otelində keçiriləcəkdir.
Dünyanın ən reytiqli universitetlərinin nümayəndələri ilə görüşüb gələcək təhsil həyatınızı planlaşdıra bilərsiniz.
Göstəriciləri yüksək olan şagird və tələbələr üçün təhsil haqqından 70% kimi endirimlər təklif olunacaq.
Sərgidə iştirak pulsuz olsa da qeydiyya mütləqdir.
Qeydiyyatdan keçmək istəyənlər http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-mart-2017/register linkinə keçməlidirlər.
Əlavə məlumat üçün 0505122828, 0124886678, 0502917991, 0502917900
Artıq ənənə halını almış Xaricdə təhsil sərgisi bu dəfə də "JW Marriott Absheron" otelində yer alacaq.
Sərginin qapıları 4 Mart tarixində saat 12:00-dan 18:00-a qədər qonaqların üzünə açıq olacaq. Sərgi, 10 ildir ki, xaricdə təhsil sahəsində güvənilən şirkət kimi tanınan "Azeri Student" tərəfindən təşkil ediləcək.
Qeyd edildiyi ki, "Azeri Student" şirkəti uzun illərdir ki, xaricdə təhsil almaq arzusunda olan gənclərə öz hədəflərinə çatmaqda yardım göstərir. "Azeri Student" dünyanın dörd bir yanında təhsil alan yüzlərlə tələbəyə yardımçı olmuşdur. Hər zaman öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşan "Azeri Student" bu dəfə də sözünün üzərində duraraq, ABŞ, Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Avropanın ən tanınmışali təhsil ocaqlarının nümayəndələrini sərgiyə dəvət edib, tələbələrin onlarla bilavasitə ünsiyyətinə şərait yaradır.
Xaricdə təhsil, sözsüz ki, gələcəyə edilmiş ən yaxşı yatırımdır.Heç kim üçün sirr deyil ki, xarici ölkədə istər universitet, istər dil kursları, istərsə də doktorantura zamanı əldə edilən təcrübə əvəzsizdir. Belə ki, xaricdə təhsil almış insanın başqa namizədlərə nisbətən rəqabət qabiliyyəti dəfələrlə üstün olur. Bu təkcə nüfuzlu təhsil ocağının diplomu hesabına deyil, həm də geniş dünya görüşü, komandada işləmək və ekstrimal vəziyyətlərdə vacib qərarlar qəbul edə bilmək qabiliyyəti sayəsində baş verir.
Beləliklə, martın 4-də JW Marriott Absheron otelində baş tutacaq sərginin iştirakçıları:
-Xaricdə təhsil məsələləri üzrə məsləhətlər alacaq;
-Təhsil üçün uyğun proqramı (bakalavr, magistr, foundation, yay məktəbləri və s.) seçə biləcək;
-Bu sahənin mütəxəssislərinin rəyini öyrənəcək;
-Nəhayət, xaricdə təhsilin insana bəxş etdiyi imkanların nə qədər geniş olduğuna özləri əmin ola biləcəklər.
Xaricdə təhsil sərgisində universitet, kollec və ingilis dili kursları iştirak edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
26 d. əvvəl
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
- 40 d. əvvəl
-
1 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
1 saat əvvəl
"Bankımız 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müştərilərə keşbek və “ƏDV-geri al” üzrə 100 milyona manata yaxın ödəmiş etmişik"
-
2 saat əvvəl
"Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
-
2 saat əvvəl
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
-
2 saat əvvəl
“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"
-
2 saat əvvəl
"Kapital Bank"ın Sədrindən biznes kreditlərilə bağlı açıqlama - "Orta faiz dərəcələri düşür"
- 3 saat əvvəl