Azərbaycan şirkətləri Səudiyyədə satış ilə bağlı müzakirələr aparıblar
Cari ilin dekabr ayında "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Ər-Riyad şəhərində keçirilmiş növbəti ixrac missiyasında şirniyyat, meyvə şirələri, quru meyvə, bal, mineral sular, turizm, tekstil istehsalı və tikinti materialları sahələrində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti iştirak edib.
Azərbaycan şirkətlərinin təmsilçilərinin Səudiyyə Ərəbistanının ərzaq, içki və süd məhsulları istehsal edən və həmin məhsulların çatdırılması ilə məşğul olan, tikinti və turizm sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə görüşlərdə Azərbaycan Respublikasının məhsulları barədə məlumat verilib, sözügedən məhsulların çatdırılması və satışı imkanları müzakirə olunub.
Görüşlərdə Azərbaycan məhsullarına, xüsusilə ərzaq və kənd təsərrüfatı məhsullarına böyük maraq göstərilib.
"Azgranata" şirkəti ilə SƏK-in “Al Rabie” şirkəti arasında əməkdaşlığa dair razılıq əldə olunub, “Astaraçay” şirkəti ilə SƏK-in “Garden Coffee” şirkəti arasında məhsul mübadiləsi və şokolad istehsal edən “Konfirm”, “Bolluq” və “Şirin” şirkətlərinin məhsullarının “Panda” marketlər şəbəkəsində satışı ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizin turist şirkətləri ilə SƏK-in turist şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.
Ər-Riyad Ticarət və Sənaye Palatasında səfir Şahin Abdullayev tərəfindən keçirilmiş digər görüşlərdə SƏK tərəfi gələcəkdə ixrac missiyalarının ildə bir neçə dəfə təşkil edilməsini, eləcə də əlaqələrin daha da genişləndirilməsi məqsədilə sözügedən missiyaların tərkibinə daxil edilən Azərbaycan şirkətlərinin Ər-Riyad Ticarət və Sənaye Palatasının müvafiq komitələrində (kənd təsərrüfatı, turizm, daşınmaz əmlak, sənaye və s.) görüşlərinin keçirilməsini təklif edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























