Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarında heyvanların sayı daha da artıb

Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı 2 min 840 başa çatdırılıb.
İki ildir fəaliyyətə başlayan aqroparkda gündəlik süd istehsalı 21 tonadək artıb.
“Yalama Aqropark” MMC-nin icraçı direktoru Zaur Əliyev bildirib ki, hazırda heyvandarlıq təsərrüfatında 1175 baş sağmal inək var. Avstriya və Almaniyadan gətirilmiş cins inəklərdən üç və dördüncü laktasiya üzrə balalar alınır. 2018-ci ildə “Yalama Aqropark”da 1040 baş buzov doğulub.
Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlarda südün keyfiyyəti göstəricilərinə görə digər cins heyvanlardan fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq olunur. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Hazırda “Yalama Aqropark”da 240 başlıq yeni tövlənin tikintisi yekunlaşmaq üzrədir. Bu tövlə hazır olandan sonra təsərrüfatdakı heyvanların sayını daha da artırmaq mümkün olacaq. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 7 min ton olan 3 silos quyusu da tikilib. Qarşıdakı aylarda “Yalama Aqropark”da daha 2 tövlə tikiləcək. Bununla da müəssisədəki tövlələrin sayı doqquza, taxıl anbarları isə yeddiyə çatacaq.
Gələn ildən başlayaraq təsərrüfatda əldə edilən peyinin ən keyfiyyətli ekoloji təmiz üzvi gübrə sayılan biohumus və bioenerjiyə çevrilmiş formada daha dəyərli istifadəsi nəzərdə tutulub. Bununla da “Yalama Aqropark”ın mineral gübrə sərfiyyatı xeyli azalacaq, təsərrüfatın enerjiyə olan tələbatı qismən ödəniləcək.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar sahə uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Həmin ərazidə hazırda müasir suvarma sistemləri quraşdırılır. Gələn il həmin ərazidə bitkiçilik təsərrüfatı yaradılacaq.
Müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb. Eyni zamanda, idxaldan asılılığı azaltmaq üçün soya bitkisinin əkini aparılıb, taxıl və qarğıdalı əkini sahəsi genişləndirilib.
Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.
© Azərtac
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
13 saat əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 2 gün əvvəl
-
2 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
2 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 2 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
