Bayramqabağı Manat əmanətinə ən yüksək faiz ödəyən banklar - SİYAHI
Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bir neçə bank əmanət ilə bağlı kampaniya keçirir. Kampaniyalardan faydalanaraq daha yüksək qazanc götürmək mümkündür.
“Marja” hazırda davam edən kampaniyaları təqdim edir.
1."AtaBank"
Əmanət yerləşdirən müştərilər ilin sonuna kimi “AtaBank” ASC-nin “25-ci il əmanəti” kampaniyasından faydalana bilərlər.
Kampaniyanın şərtlərinə görə, "AtaBank"da 15 000 AZN, 10 000 USD/EUR-dan yuxarı əmanət yerləşdirən yeni və mövcud əmanətçilər kampaniyada iştirak edərək bu hədiyyələrə sahib ola bilərlər: iPhone X və Xs telefonları, İsma Bikes, Excelsior Hotel, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Garabag Resort & SPA otellərində istirahət və Uludağ / Şarm-Əl-Şeyx / Dubay istiqamətlərinə səyahət paketləri.
12 aylıq Manat əmanəti üçün faiz dərəcəsi hesablanmış faizlər hər ay götürüldükdə 10,25%, hər rüb götürüldükdə 11,25%, müddətin sonunda götürüldükdə isə 12,25%-dir. 25 ay müddət üçün faizlər isə müvafiq olaraq 12,25%, 12,75% və 13,25%-dir. Əmanət kampaniyasında 29 dekabr 2018-ci il tarixinədək iştirak edə bilərsiniz. Ətraflı: http://atabank.com/?sid=521
2. "AccessBank"
Müştərilərinə unudulmaz Yeni il bayramı yaşatmaq üçün AccessBank 12% illik faiz dərəcəsi ilə əmanət yerləşdirməyə imkan yaradır. İstəyinizə əsasən, yatırılan vəsait üzrə faiz gəlirini həm müddətin, həm də hər ayın sonunda götürə bilərsiniz. 12 ay müddətli manat əmanəti üçün faizlər - aylıq ödənildikdə 11,3%, müddətin sonunda ödənildikdə isə 12%-dir. Ətraflı: https://www.accessbank.az/az/private/deposits/timed-deposits/
3."Azərbaycan Beynəlxalq Bankı"
Azərbaycan Beynəlxalq Bankı Yeni il ərəfəsində müştəriləri daha da məmnun etmək üçün depozit faizlərini artırıb. 10 dekabrdan 10 yanvara qədər keçirilən kampaniya çərçivəsində bankda manatla depozit (əmanət) yerləşdirən müştərilərin illik faiz gəlirinə +1% əlavə ediləcək.
Depoziti 12, 24 və 36 ay müddətinə yerləşdirmək, illik faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar.
Belə ki, 12 ay (1 il) müddət üçün faiz dərəcəsi - faizlər hər ay ödənildikdə 7.5% +1%, faizlər ilin sonunda ödənildikdə 8% +1%-dir. 24 ay müddət üçün müvafiq olaraq 8% +1% və 8.5% +1%, 36 müddət üçün isə 8.5% +1% və 9% +1%-dir. Ətraflı: https://www.ibar.az/az/individual/deposits/classic-deposit/
4."NBC Bank"
“NBCBank” ASC Yeni il ilə əlaqədar 30 000 manatdan yuxarı depozit yerləşdirən müştərilərinə əlavə olaraq dərhal 1% hədiyyə verir. Hesablanmış faizlər müddətin sonunda götürüldükdə 1 il üçün 13%, 2 il üçün 13,5%, 3 il üçün 14% təşkil edir. Üstəlik, bank tərəfindən dərhal 1% hədiyyə olunur.
Kampaniyanın müddəti dekabr ayının sonuna qədərdir. Ətraflı: https://nbcbank.az/for-life/deposits/universal-depozit/
5."Unibank"
"Unibank"ın +2% hədiyyə depozit kampaniyası hələ ki davam edir. 30 dekabradək "Unibank"a manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% hədiyyə ediləcək. Aksiya çərçivəsində 1 illik “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv” depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib. Ətraflı: https://www.unibank.az/az/deposits/index
6. "TuranBank"
"TuranBank" da "Hədiyyəli Əmanət" kampaniyasına başlayıb. Kampaniyanın şərtlərinə görə, 10 000 manatdan başlayaraq 12 ay və daha çox müddətə əmanət yerləşdirən zaman, əmanətçini bankdan hədiyyə gözləyir.
Hədiyyəni almaq üçün çox gözləməyə ehtiyac olmayacaq. Belə ki, əmanəti yerləşdirən gün hədiyyə əmanətçiyə yerindəcə təqdim olunacaq. Məlumat üçün qeyd edək ki, əmanət yerləşdirən şəxsə hədiyyə olaraq mobil telefon, müxtəlif məişət texnikaları, parfumeriya və digər hədiyyə səbətləri təqdim ediləcək. Aksiya 29 dekabr 2018-ci il tarixədək davam edəcək. Ətraflı: https://turanbank.az/bizim-bank/bank-xbrlri/10875/
Əlavə edək ki, “Amrahbank” və “Muğanbank”da da Manat əmanətinin faizləri yüksəkdir.
“Amrahbank”da 12 ay müddətli Manat əmanətinin faizi - hesablanmış faizlər aylıq götürüldükdə 12%, müddətin sonunda götürüldükdə isə 12,5%-dir. 36 ay müddət üçün faizlər müvafiq olaraq 13% və 13,5% təşkil edir.Ətraflı: http://www.amrahbank.com/index.php?menu=95
“Muğanbank” 1 illik əmanət üçün - faizlər hər ay götürüldükdə 12,5 %, müddətin sonunda götürüldükdə isə 12,75 % ödəyir. Daha ətraflı: https://www.muganbank.az/az/services/deposits/
"Bank BTB" də əmanət şərtlərini yeniləyib. Belə ki, Bank ın Proqressiv” əmanət müştərilərə müddətin ¾ hissəsinədək istənilən vaxt əmanət məbləğini artırmaq imkanı verir. Bankın filial şəbəkəsində nağd ödənişlərin minimum məbləği 10 manat/dollardır. “Cash-in” aparatları və Bankın onlayn ödəmə səhifəsi vasitəsilə isə hesaba istənilən məbləğdə vəsait yatırmaq mümkündür.
3-24 ay müddətinə təklif olunan əmanətlər üzrə faizlər müştərinin istəyinə görə aylıq, rüblük və ya müddətin sonunda ödənilir. Müddətindən asılı olaraq faiz dərəcələri manat əmanətləri üzrə aylıq 4%-9,50%, rüblük 6%-10%, müddətin sonunda 5%-10,5% arası, dollar əmanətləri üzrə isə aylıq 1%-3%, rüblük 1,75%-3,25%, müddətin sonunda isə 1,50%-3,50% arası dəyişir. Ətraflı: https://www.btb.az/az/individual/deposits/mueddetli-emaneti-1
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
3 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
8 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
8 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















