Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində iştirak edib
Azərbaycanlı İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisi Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (İPRA) “Eventiada IPRA Golden World Awards 2018” müsabiqəsində münsiflər heyətində iştirak edib.
Bu barədə müsabiqənin rəsmi internet səhifəsində - https://www.ldfforum.com/en/ məlumat verilir.
Münsiflər heyətinin tərkibində iştirak etmiş İlham Məmmədovun sözlərinə görə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən beynəlxalq müsabiqəyə 01.09.2017-01.10.2018 tarixləri aralığında icra edilən layihələr təqdim edilmişdi. Müsabiqənin predmetləri gənclər, şirkətlər, agentliklər, yerli və regional icra orqanları, peşəkar assosiasiyalar, universitetlər və digər tədris və ixtisaslaşmış müəssisələr tərəfindən reallaşdırılmış kommunikasiya layihələri təşkil edib.
PR mütəxəssis bildirib ki, müsabiqəyə təqdim edilən layihələrə qarşı bir sıra tələblər irəli sürülmüşdü. Belə ki, bu layihələr özündə etik qaydalara cavab verməli, spirtli içkilər, tütün məmulatları, zorakılıq, milli və digər ayrıseçkiliklər daşımamalıdılar.
“Müsabiqəyə dünyanın 20-ə yaxın ölkəsindən 10 nominasiya üzrə yüzdən artıq layihə təqdim edilmişdi. Bunlar “Korporativ kommunikasiyalar”, “Rəqəmsal və SMM Layihələr”, “Sosial layihələr”, “İlin ən yaxşı tədbiri”, “İctimai layihələr”, “Ümumi layihələr”, “Marketinq kommunikasiyaları”, “Ən yaxşı könüllü layihəsi”, “Ən yaxşı mədəni layihə” və “İdman kommunikasiyası sahəsində ən yaxşı layihə” nominasiyaları olub” deyən İ.Məmmədov yaxın gələcəkdə bu müsabiqənin Azərbaycanda da baş tutacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, İlham Məmmədov uzun illər ölkə mediasında jurnalist kimi, daha sonra isə dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr sektorunda rəhbər vəzifələrdə çalışıb. O, həmçinin “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının” (APRA) həmtəsisçisi, “Baku School of Public Relations” şirkətinin rəhbəridir. Hazırda İlham Məmmədov “Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















