E-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək
Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov: “ƏDV ödəyiciləri üçün yeni qaydalar aprelin 1-dən qevvəyə minəcək”
Vergilər Nazirliyi tərəfindən yanvar ayı ərzində regionlarda keçirilən silsilə görüşlərdə geniş maarifləndirmə və təşviqat işləri aparılıb, qanunvericiliyə olunmuş dəyişikliklərin izahı ictimaiyyətə çatdırılıb. Azərbaycanın bütün regionlarını əhatə edən 3500-dən artıq sahibkarın qatıldığı bu tədbirlər yüksək fəallıq şəraitində keçib, vergi ödəyicilərinin qanunvericiliyin tətbiqinə dair çoxsaylı sualları cavablandırılıb.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov bildirib ki, sahibkarlara hərtərəfli diqqət və qayğının göstərilməsi, əlverişli biznes və vergi mühitinin təmin edilməsi, vergi ödəyicilərinin fəaliyyətinin genişlənməsi ölkəmizdə aparılan iqtisadi siyasətin əsas hədəflərindəndir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük bir qismi də məhz sahibkarların geniş fəaliyyəti üçün daha əlverişli şərait yaradılmasına xidmət edir. Dəyişikliklərin əsas məqsədi ölkədə sahibkarlığın və investisiyaların təşviqi, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə bir sıra vergi güzəştləri tətbiq olunub, stimullaşdırıcı və vergi yükünü optimallaşdıran mühüm addımlar atılıb.
Elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyicilərinin hazırlıq səviyyəsini şərh edən Ş.Ərəbov sahibkarlarla keçirilən görüşlərdə bununla bağlı onlara ətraflı məlumatlar verildiyini, e-qaimənin tətbiqinə hazırlaşmalarının tövsiyə olunduğunu bildirib: “Artıq aprelin 1-nə az müddət qalıb, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün bu qaydalar cari il aprelin 1-dən tətbiq olunduğundan, onların bu yeniliyə hazırlığı ilə bağlı təşviqat işləri daha da gücləndirilib. Elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır. Əsas üstünlüyü isə kargüzarlıq xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu baxımdan, bu yeniliyə sahibkarların məsuliyyətlə yanaşmaları tövsiyə olunur”.
Ş.Ərəbov bildirib ki, “proqnozlara görə, e-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək. Məsələn, 2013-cü ildə Vergilər Nazirliyi ƏDV ödəyiciləri üçün ilk dəfə e-fakturanın tətbiqinə başladı və nəticəsi müsbət oldu və həmin il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə müqayisədə 70% artdı”.
Qeyd edək ki, Məcəlləyə dəyişikliklərdən sonra sahibkarlar tərəfindən müxtəlif suallar qaldırılır və ortaya çıxan aktual məsələlərin təhlili aparılır. Məsələn, regionlarda çalışan sahibkarların böyük əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Bu ildən sadələşdirilmiş vergi bəyannamələrinin yeni formaları müəyyən edilib. Bəyannamə formaları ilə bağlı çətinlik yaranmaması üçün sahibkarlara xeyli izahedici məlumatlar verilib, praktiki baxımdan lazımi kömək göstərilib.
Ş.Ərəbovun sözlərinə görə, qanunvericiliklə bağlı vergi orqanları və biznes arasında qarşılıqlı əlaqənin genişləndirilməsi davam etdiriləcək. Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərinin rəy və təklifləri həmişə öyrənilir və öyrəniləcək. Sıx və açıq dialoq, geniş müzakirələr şəraitində əldə edilən ortaq yanaşmalar qanunvericiliyin təkmilləşdirilməsinə öz mühüm təsirini göstərir, azad biznesə dəstəyin daha da yaxşılaşmasına əlverişli imkan yaradır.
Vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi ölkədə aparılan iqtisadi siyasətə uyğundur və bunun gələcəkdə də davam etdirilməsi mümkündür. Bu baxımdan, sahibkarlarla görüşlər mütəmadi xarakter daşıyacaq, onlarla müzakirələr davam etdiriləcək, fikir və təklifləri nəzərə alınacaq.
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
14 saat sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
1 gün əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
1 gün əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 1 gün əvvəl
-
1 gün əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
Bakı metrosunda NFC ödənişlərə başlanılıb
"PAŞA Həyat"da yeni təyinat
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb










.jpg)










.jpg)

