Azərbaycan Rusiyadan “Premium Euro-95” benzinin idxalını 29 dəfə artırıb
Azərbaycan yanvar-sentyabr aylarında Rusiyadan “Premium Euro-95” markalı benzin idxalını 29 dəfə artırıb.
Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında 34 mln. 634,39 min dollar dəyərində 45 min 990,6 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
"2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 45 min 990,6 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində isə respublikaya 23 mln. 637,64 min dollar məbləğində 36 min 879,54 ton benzin idxal olunmuşdu. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 24,7%, dəyər ifadəsində 46,5% artıb", - deyə məlumatda bildirilir.
Eyni zamanda, Rusiyadan 19 mln. 983,6 min dollar dəyərində 27 min 803,13 ton (miqdar ifadəsində 28,8 dəfə, dəyər ifadəsində 31,5 dəfə artım), Bolqarıstandan 3 mln. 577,37 min dollar dəyərində 4 min 449,47 ton, Rumıniyadan 11 mln. 73,42 min dollar dəyərində 13 min 738 ton “AI-95” markalı benzin idxal olunub.
Bundan başqa, hesabat dövründə ölkəyə 652,07 min dollar dəyərində 642,06 ton "Super Euro-98" markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində azalma 41,6%, dəyər ifadəsində artım 10,8% təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun (542,77 min dollar dəyərində 628,45 ton), qalan həcm isə Almaniya, Böyük Britaniya və Fransanın payına düşüb.
Eyni zamanda, iyul-sentyabr aylarında ölkəyə "Super Euro-98" markalı benzin idxal olunmayıb.
1 aprel 2014-cü il tarixindən Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı benzin idxalına başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95”in pərakəndə satış qiyməti 1,5 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















