Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkətinin xanım sədrinə "İT sahəsində ilin direktoru" mükafatı verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətinin xanım sədrinə "İT sahəsində ilin direktoru" mükafatı verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib.

 

5 dekabr tarixində builki mükafatlandırma mərasimi həyata keçirildi və tədbirdə "Goldenpay" şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva “Xüsusi innovasiya, İT sahəsində mükəmməl xidmət və liderlik nümayiş etdirmiş qadın TƏSİSÇİ, BAŞ DİREKTOR və yaxud İT sahəsində DİREKTOR” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Naina xanım bu sahədəki təcrübəsi, idarəçilik qabiliyyəti, əldə etdiyi uğurlar ilə İT və texnologiya sahəsi üzrə fəaliyyət göstərən gənc qadın rəhbərlərə gələcək işlərində örnək olmağı və onlara stimul verməyi hər zaman bacarmışdır.

 

“Femmes Digitales”- Azərbaycan Qadınları İT klubu tərəfindən təşkil edilmiş Azərbaycan Qadınlarının İT sahəsində Mükafatlandırılması (AWITA) tədbirinin əsas məqsədi İT sektorunda nüfuzlu şəxslərə çevrilmiş öndə gedən istedadlı və lider qadınların uğurlarını nümayiş etdirmək və eyni zamanda gənc qadınlar üçün yeni vəzifə modellərinin müəyyən edilməsi üçün də bir platforma rolunu oynamaqdır. AWITA mükafatı İT və texnologiya sahəsində peşəkar nailiyyətləri və nəticələri qiymətləndirməklə, İT sahəsində qadınların əldə etdikləri uğurları nümayiş etdirmək üçün önəmli bir mükafatdır.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

10.12.2018 08:35
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18