Azərbaycanlı turistlərin Gürcüstandakı xərcləri artıb
Bu ilin üçüncü rübündə Gürcüstana səfər edən azərbaycanlı turistlərin orta xərcləri 430,6 lari (274 manat) təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında qeyd olunub.
Rüblük müqayisədə azərbaycanlı turistlərin qonşu ölkədəki orta xərcləri 81,6 lari (52 manat) artıb.
Orta xərclərdə artımın qeydə alınmasına baxmayaraq, Azərbaycandan olan turistlər Gürcüstanda ən az pul xərcləyən əcnəbilər adını qoruyub saxlayıb.
Araşdırmaya əsasən, hesabat dövründə Gürcüstanda ən çox pul xərcləyənlər Rusiyadan olan turistlər (1 513,7 lari/962 manat) olub. Türkiyəli və erməni turistlərin orta xərcləri isə müvafiq olaraq 654,6 lari (416 manat) və 565,4 lari (359 manat) təşkil edib.
Gürcüstana bu ilin iyul-sentyabr aylarında səfər edən əcnəbi ziyarətçilərin xərcləri, ümumilikdə, 3,1 mlrd. lari (1,16 mlrd. dollar) təşkil edib. Turistlər bir səfər ərzində orta hesabla 1 179 lari (441dollar) xərcləyiblər.
Xərclərin 30,1%-i qida və içkilər, 25,8%-i yerləşmə, 18,8%-i mədəni və əyləncə xidmətləri, 11,2%-i alış-veriş, 6,7%-i yerli nəqliyyata, 7,3%-i isə digər xidmətlərə sərf olunub.
Bu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 494,462 nəfər səfər edib ki, onların da 93,1%-i qonşu ölkəyə təkrar, 6,9%-i isə ilk dəfə səfər edənlər olub.
Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 2,8 gün təşkil edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















