Dayanma-durmaya riayət etməyən sürücülər kamera ilə aşkar edilib, cərimə olunacaq
Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq. Bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".
Tıxac problemindən danışarkən V.Kərimli qeyri-qanuni parklamaları xüsusi qeyd edib:
"Qeyri-qanuni parklamaların qarşısının alınması ilə bağlı tədbirlərin icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür həmin inzibati xətalara görə cərimələrin tətbiqinə başlanılıb. Əməkdaşlarımız ilkin olaraq bunu planşetlər vasitəsilə yerinə yetirirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayət etməyən sürücülərə qarşı cərimə tətbiq olunur. Amma yeni ildən bunu kameralar vasitəsilə edəcəyik, çünki kamera olduqda şəffaflıq təmin edilir, statistika daha doğru aparılır. Avtobusların hərəkətinin nizamlanması, taksilərə dair kvotaların tətbiqi üzrə tədbirlər proqramının, eləcə də taksilərə və taksi sürücülərinə dair tələblərin hazırlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş davam edəcək".
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)


