Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihə - TAM MƏTN

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə layihə - TAM MƏTN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə


 

Maddə 1."Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 4-cü maddə üzrə:

 

1.1.1.ikinci hissəsinin üçüncü abzasında "məhdudluğunun" sözü "məhdud olan şəxs" sözləri ilə əvəz edilsin;

 

1.1.2.üçüncü hissədə "aparılır" sözü "tətbiq edilir" sözləri ilə əvəz edilsin;

 

1.2. 8-ci maddə üzrə:

 

1.2.1.ikinci hissəyə "fəaliyyəti" sözündən sonra "(məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)" sözləri və "idarə edən" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanı və" sözləri əlavə edilsin;

 

1.2.2.üçüncü hissəyə "seçkili orqanlar" sözlərindən sonra ", dövlət orqanları" sözləri əlavə edilsin;

 

1.3. 9-cu maddə üzrə:

 

1.3.1. birinci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

 

"müvafiq icra hakimiyyəti orqanından məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;";

 

1.3.2. birinci hissənin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

 

"sığortaedənlər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq,

 

monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;";

 

1.3.3.ikinci hissəyə aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

 

"məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq;

 

məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanı ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;";

 

1.4.   aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

 

"Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət

 

9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

 

1.5.   10-cu maddənin ikinci hissəsi üzrə:

 

1.5.1. ikinci abzas ləğv edilsin;

 

1.5.2. dördüncü və beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

 

"sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanına hesabat vermək;

 

hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;";

 

1.6. 11-ci maddənin ikinci hissəsinin ikinci abzası ləğv edilsin;

 

1.7. 12-ci maddədə "("Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə" Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və "Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LTD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş" sözləri "qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında" sözləri ilə əvəz edilsin;

 

1.8.13-cü və 14-cü maddələr aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu

 

13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

 

13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

13.3. Müvafiq icra hakimiyyəti orqanıbu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir.

 

13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı

 

14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.

 

14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

 

14.3. Bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

 

14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

 

14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

 

14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

 

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi


 

14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

 

14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

 

14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;

 

14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

 

14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

 

14.5.5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;

 

14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin(digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

 

14.6. Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

 

14.7. Sığortaedən neft-qaz sahəsində fəaliyyətlə yanaşı digər sahələrdə fəaliyyət göstərdiyi halda müxtəlif məcburi dövlət sosial sığortasına cəlb edilən işçilərin uçotunu ayrılıqda aparır. Belə uçot aparılmadığı halda məcburi dövlət sosial sığorta haqqı bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq hesablanır. Bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan fəaliyyət sahəsinə bilavasitə cəlb edilməyən və bölüşdürülməsi mümkün olmayan inzibati idarəetmə xərclərinə aid olan mühasibatlıq, audit, hüquq, məsləhət, məlumatların təhlili və emalı işlərinin yerinə yetirilməsi üzrə əməkhaqqı xərclərinə görə məcburi dövlət sosial sığorta haqqı bu Məcəllənin 14.4-cü maddəsinə uyğun olaraq hesablanır.

 

14.8. Bu Qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.";

 

1.9. 15-ci maddənin birinci hissəsi üzrə:

 

1.9.1. dördüncü abzasa "işçilərin" sözündən əvvəl "müəssisənin ləğvi," sözləri əlavə edilsin;

 

1.9.2. on birinci abzasa "üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya" sözləri "və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına hesablayıb ödədiyi sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə" sözləri ilə əvəz edilsin;

 

1.9.3. on ikinci abzasa "məbləği" sözündən sonra ", idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar" sözləri əlavə edilsin; 

 

1.9.4.on səkkizinci abzasa "vəsait hesabına" sözlərindən sonra "əcnəbilər üzrə" sözləri əlavə  edilsin;

 

1.9.5.iyirmi birinci abzas ləğv edilsin;

 

1.9.6. iyirmi ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi üçüncü və iyirmi dördündü abzas əlavə edilsin:

 

"müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilən maddi yardım (dəstək);

 

sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsait.";

 

1.10. 18-ci maddə üzrə:

 

1.10.1. birinci hissəyə "idarəetməni" sözündən sonra "(məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)" sözləri əlavə edilsin;

 

1.10.2.birinci hissənin dördüncü, beşinci, yeddinci - onuncu abzasları ləğv edilsin.

 

1.10.3.birinci hissənin altıncı abzasında "qəbul edir" sözləri "müvafiq icra hakimiyyəti orqanından əldə edir" sözləri ilə əvəz edilsin;

 

1.10.4. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

"Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.".

 

1.11. 19-cu maddəyə "ödəmələrinin" sözündən sonra ", müvafiq icra hakimiyyəti orqanının saxlanma xərclərinin" sözləri əlavə edilsin, həmin maddənin mətni 19.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 19.2-ci maddə əlavə edilsin:

 

"19.2. İlin sonuna məcburi dövlət sosial sığortasının vəsaitlərinin vahid fondda istifadə olunmamış qalığı növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.";

 

1.12.   20-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

"Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.";

 

1.13. 21-ci maddə ləğv edilsin;

 

1.14. 28-ci maddənin birinci hissəsində "Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sosial sığorta haqlarının daxil olması və" sözləri "Müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilsin;

 

1.15.29-cu maddəyə "sığortaçı" sözündən sonra "və müvafiq icra hakimiyyəti orqanı" sözləri əlavə edilsin.

 

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

27.11.2018 10:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ