"Rüsumsuz ticarət Azərbaycanda Rusiya məhsullarını cəlbedici edir"
Azərbaycan və RF əməkdaşlığının prioritet sahələrinə Rusiyanın neft-qaz sənayesi məhsullarının ixracı kimi əsas sfera aiddir.
Bunu Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.
Onun sözlərinə görə, əməkdaşlığın prioritet sahələri arasında maşınqayırma, avtomobil, vaqon istehsalı, əczaçılıq, metal emalı sənayesi, aqrar, meşə sənayesi və Azərbaycan bazarında məhsullarına tələbat olan digər sahələri göstərmək olar.
N.Quliyev bildirib ki, rusiyalı ixracatçılar Azərbaycan bazarına tarixən potensial maraq göstəriblər.
Nümayəndəliyin rəhbəri vurğulayıb ki, bu, bir sıra meyarlarla şərtləndirilib: "Bu meyarlardan ən əsası RF ilə Azərbaycan arasında rüsumsuz ticarətin nəzərdə tutulduğu azad ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli sazişdə qeyd olunmuş azad ticarət prinsipidir. Əlbəttə ki, bu, qiymət formalaşması baxımından Rusiya məhsulunun cəlbediciliyinə təsir göstərir. Bu amil Rusiyanın müxtəlif sahələrə aid məhsullarının Azərbaycan bazarında maksimum rəqabətqabiliyyətli qalmasına və tələbata cavab verməsinə imkan yaradır".
O qeyd edib ki, ölkələr arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsində əlavə güclü vasitə Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar şuralarıdır:
"İşgüzr şuralar öz tərkibində Azərbaycan və RF bazarlarına çıxmağa potensial marağı olan Rusiya və Azərbaycan şirkətlərini birləşdirir".
Agentliyin müsahibi deyib ki, Azərbaycan tərəfi Rusiyanın aqrar sənayesi və turizm sektoruna investisiyaların artmasına maraq göstərir:
"O cümlədən Yessentukidə "İstoçnik" sanatoriyasının tikintisi üzrə layihənin reallaşdırılması kimi uğurlu nümunəni də qeyd etmək olar. Dəyəri 1,5 milyard rubl olan layihəni Azərbaycan şirkətləri maliyyələşdiriblər".
Qeyd edək ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.
Dövlət Gömrük Akademiyasının məlumatına əsasən, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2018-ci ilin yanvar-oktyabr aylarında təqribən 2 milyard dollar təşkil edib. Azərbaycan məhsullarının ixracının payına 509,98 milyon dollar düşür. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə iki ölkə arasında əmtəə dövriyyəsi 20 faiz artıb.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















