Naxçıvan iqtisadiyyatındakı son vəziyyət açıqlandı
Naxçıvan Muxtar respublikasında 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
“Marja” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məliumat yayıb.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olmuşdur.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 840 milyon 725 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 775 milyon 690 min manatı və ya 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 19926,1 tona, süd istehsalı isə 77230 tona çatmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,2 faiz, süd istehsalı isə 1,3 faiz artmışdır.
* * *
2018-ci ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 44 milyon 99 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 36 milyon 309 min 300 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 44 milyon 118 min 500 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,7 dəfə çoxdur. Verilmiş kreditlərin 4 milyon 802 min 300 manatı və yaxud 10,9 faizi qısamüddətli, 39 milyon 316 min 200 manatı və yaxud 89,1 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 noyabr 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 79213-ə çatmışdır ki, bunun da 68486-sı və ya 86,5 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-oktyabr aylarında açılmış 16002 bank hesabının 15826-sı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2018-ci il tarixə 1272-yə çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-oktyabr aylarında 374 milyon 768 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 330 milyon 369 min 200 ABŞ dolları təşkil etmiş, 285 milyon 970 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
* * *
1 oktyabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3359 nəfər artaraq 455 min 288 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
10 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
10 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb

















.jpg)




