Ərdoğan: "Türk Axını" 2019-da hazır olacaq
31.5 milyard kubmetr Rusiya təbii qazını Türkiyə və Avropaya nəql edəcək "Türk Axını"nın dəniz hissəsinin tikintisi tamamlanıb. "Marja" xəbər verir ki, bu münsibətlə keçirilmiş mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.
Açılış mərasimində danışan Prezident Tayyib Ərdoğan, "Türk Axını"nın ikitərəfli əlaqələr və region baxımından tarixi bir layihə olduğunu və 2019-da fəaliyyətə başlayacağını söyləyib. Ərdoğan, ""Türk Axını" layihəsi, inşallah 2019-ci ildə keçiriləcək testlərin ardından fəaliyyətə hazır olacaqdır" deyib. Ərdoğan, qazın yarısının Avropaya çatdırılmasının planlaşdırıldığını bildirib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Ərdoğan "Türk Axını"nın region üçün də bir çox üstünlüyü olduğunu bildirib.
Ərdoğan, Türkiyənin Rusiyadan 1987-ci ildən bu yana 387 milyard kubmetrlik təbii qaz alışı həyata keçirdiyini bildirib.
Rusiya Federasiyası ilə əməkdaşlığın çox geniş bir spektrdə irəlilədiyinə diqqət çəkən Ərdoğan "Rusiya ilə ikitərəfli münasibətlərimizin çərçivəsini, heç bir zaman digər ölkələrin tələblərinə və ya inadına görə müəyyənləşdirmədik. Bizim üçün Rusiya Federasiyası, uzunmüddətli əməkdaşlıq edə biləcəyimiz etibarlı bir dost və mühüm təbii qaz tədarükçüsüdür" ifadəsini istifadə edib.
PUTİN: TÜRKİYƏ MÜHÜM TƏBİİ QAZ MƏRKƏZİ OLACAQ
Rusiya Prezidenti Vladimir Putin çıxışında Türkiyə ilə 100 milyard dollarlıq ticarət həcminə nail olmaq istədiklərini bildirib. Putin "Rusiya və Türkiyə olaraq enerji sahəsində əməkdaşlığını uzun illər ərzində çox uğurlu bir şəkildə həyata keçiririk" - deyib.
Putin "Türk Axını"nın Türkiyəni mühüm qaz mərkəzi halına gətirəcəyini və Türkiyə Respublikasının mövqeyinə də müsbət təsir edəcəyini qeyd edib.
Mərasimdə çıxış edən Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz "Türkiyə qaz ticarətində söz sahibi ölkələrdən biri olacaq. "Türk Axını"ı fəaliyyətə başlayanda 15 milyon nəfərin illik qaz ehtiyacını ödəmiş olacağıq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














