Sığortaçılar Assosiasiyasında gərgin müzakirə
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, Birliyin əməkdaşları və Hüquq komitəsinin üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin Hüquq departamentinin müdirləri və hüquqşünasları, eləcə də, İcbari Sığorta Bürosunun nümayəndələri iştirak edib.
ASA-dan "Marja"ya daxil olmuş məlumata görə, görüşün əsas müzakirə mövzusu kompensasiya ödənişi ilə bağlı İcbari Sığorta Bürosuna qarşı qaldırılmış sığorta tələbi olub.
Belə ki 2014-cü ildə baş vermiş, bir nəfərin ölümü və bir nəfərin az ağır yaralanması ilə nəticələnən avtonəqliyyat qəzası ilə bağlı zərərçəkən şəxsə ödəniləcək kompensasiya ödənişi gərgin müzakirəyə səbəb olub. “İcbari Sığortalar haqqında” Qanunun 19-cu maddəsinə müvafiq olaraq, zərərvuran tərəflərdən birinin sığortaçısı tərəfindən ölümlə bağlı 5000 AZN, yaralanan şəxsin müalicəsi ilə bağlı 1500 AZN sığorta haqqı ödənilməsinə baxmayaraq, qəzada iştirak edən digər zərərvuran tərəfin icbari sığorta müqaviləsi olmadığı üçün zərərçəkən şəxs müvafiq olaraq İcbari Sığorta Bürosuna (İSB) müraciət edib. Lakin İSB zərərçəkən şəxsə “İcbari Sığortalar haqqında” Qanunun 33.5-ci maddəsinə əsaslanaraq qarşı tərəfin sığortaçısı tərəfindən artıq sığorta ödənişi olunmasını vurğulayaraq sığorta ödənişini etməkdən imtina etdiyini bildirib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Məsələnin mübahisəli olması onun Birliyin Hüquq komitəsində də müzakirəsi zərurətini yaradıb. İclasda iştirak edən sığorta şirkətlərinin nümayəndələri arasında iki mövqe formalaşıb. Bir tərəf zərərçəkənin Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” Qanuna əsasən kompensasiya ödənişi almaq hüququnun olduğunu bildirsə də, digər tərəf zərərçəkənin artıq kompensiya ödənişinin aldığını qeyd edərək Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək İSB-nin mövqeyini müdafiə edib.
İclasın yekununda Hüquq komitəsi məsələnin vətəndaş tərəfindən məhkəmədə mübahisələndirilməsinin tövsiyə olunması ilə əlaqədar rəy bildirib və bu cür hadisələrə “vahid metodoji yanaşmanın təmin olunması prinsipi”nə əməl edilməsi məqsədilə qanunvericiliyə dəyişikliyə dair təkliflər hazırlanması qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
31 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
52 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























