"Biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik"
“Biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir".
Bunu fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Çini özünə yaxşı tərəfdaş hesab edir: “Bizim siyasi, iqtisadi səviyyədə yaxşı qarşılıqlı əlaqələrimiz var. Lakin əlbəttə ki, bizi birləşdirəcək və çox fəal tərəfdaşlara çevirəcək layihə “İpək Yolu”nun bərpası layihəsidir. Bu gün burada Çinin Sədrinin təşəbbüskarı olduğu “Bir kəmər - Bir yol” layihəsi haqqında danışıldı. Sadəcə xatırlatmaq istəyirəm ki, 2007-ci ildə Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə bu il tamamlanmasına ümid etdiyim layihənin təşəbbüskarı olmuşdur. Bu, üç ölkə arasında dəmir yolu əlaqəsinin yaradılması idi. Biz bunu Azərbaycan, Gürcüstan və Türkiyə üçün Avropa bazarlarına daha qısa yolla çıxış imkanını əldə etmək üçün edirik. Eyni zamanda, biz Çinin bu əlaqəyə potensial töhfəsini hesablayırdıq. Bu il bu dəmir yolu əlaqəsi layihəsi başa çatdırılacaq və beləliklə, siz Azərbaycandan qatar ilə Avropaya, Qərbi Avropaya gedə biləcəksiniz. Biz Çin ilə onların təşəbbüslərini artıq mövcud olan infrastruktura necə inteqrasiya edilməsi yollarını müzakirə etdik və bunun üçün çoxlu imkanlar gördük. Ümid edirik ki, Azərbaycandan, Xəzər dənizi üzərindən keçən yükdaşımalarının artımı bizim iqtisadiyyatımız üçün çox vacib olacaqdır”.
İlham Əliyev vurğulayıb ki, bir çox ölkələr tranzit ölkə olmaq istəyirlər: “Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizində ən böyük limanın inşasını aparırıq. Onun yükaşırma gücü 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, təkcə öz ehtiyaclarımızı deyil, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təmin edə bilək. Biz limanın yaxınlığında xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik”.
Prezident bildirib ki, Xəzər dənizindən keçən marşrut Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən mövcud marşrutdan 15 gün daha qısadır: “Bu, ən ucuz marşrut deyil, lakin tarifləri vahid səviyyəyə gətirərək, - biz artıq Gürcüstan və Türkiyə ilə bunun üzərində işləyirik, - xərcləri azaldacağıq. Beləliklə, biz marşrutu kommersiya nöqteyi-nəzərdən də çox cəlbedici edəcəyik və yüklərini ən qısa müddətdə çatdırmaq istəyən şirkətlər, əlbəttə ki, bu marşrutdan istifadə edəcəklər".
Dövlət başçısı əlavə edib: "Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, mən sizə belə bir cavab verə bilərəm. Biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik. Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
7 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
8 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
8 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
8 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
8 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















